Etibar Məmmədov Yusif Bağırzadənin istefasına münasibət bildirib

img

07-10-2015 [17:22]


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Yusif Bağırzadənin AMİP sədrliyindən və partiyadan istefa verməsinə münasibət bildirib.

O, APA-ya açıqlamasında deyib ki, Y. Bağırzadə səhhətində yaranan problemlərlə əlaqədar istefa verib: "O, istefası ilə bağlı AMİP rəhbərliyinə müraciət edib, bu məsələyə partiyada baxılacaq”.
E. Məmmədov əlavə edib ki, Y. Bağırzadə istefa verəcəyi barədə əvvəldən ona heç nə bildirməyib.
AMİP lideri yenidən partiya sədri olmaq niyyətində olmadığını da vurğulayıb.
Qeyd edək ki, Y. Bağırzadə APA-ya açıqlamasında partiya sədrliyindən və üzvlüyündən istefa verdiyini deyib. O, bunu səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA