Namizədlərin sayı 1 190-a çatdı

img

07-10-2015 [17:21]


Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1 190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, qeydə alınan namizədlərin 263-nü siyasi partiyalar, 15-ni "Azadlıq-2015" seçki bloku, 2-ni təşəbbüs qrupları irəli sürüb. 910 namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılıb.


İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin biri üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA