Sədr istefa verdi, partiya rəhbərliyinin xəbəri yoxdur - AMİP-də müəmma

img

07-10-2015 [12:12]


"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin istefa verməsindən xəbərsizik”. 

Mia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında sözü gedən partiyanın beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev bildirib. Onun sözlərinə görə, Y.Bağırzadə bu qərarı verərkən partiyanın rəsmilərindən heç kəsə məlumat verməyib: "Bu, necə olub? Heç kəsin xəbəri yox. Yaxın saatlarda partiya onunla bağlı açıqlama yayacaq”. 

Xatırladaq ki, Y. Bağırzadə Milli İstiqlal Partiyasının sədriliyindən istefa verib. O, buna səbəb olaraq, səhhətindəki problemləri göstərib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA