Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında

img

05-10-2015 [16:57]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri oktyabrın 5-də Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, on beş dövləti təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib. Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şərait, uçuş və texniki heyətlə tanış olub, əsgər yeməkxanaları və yataqxanalarına, məşğələ otaqlarına da baxıblar. Silahlanmada olan hərbi texnika ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.

Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar. Qonaqlar səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA