Daha iki deputat köməkçisi deputatlığa namizəd oldu

img

05-10-2015 [15:40]


1 noyabrda keçiriləcək parlament seçkilərinə daha iki deputat köməkçisi qatılıb.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, onlardan biri 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Əjdər Əliyevdir. O, Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisidir.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi (MDHP) Cavanşir Rzazadə isə 33 saylı Xətai birinci seçki dairəsində qeydə alınıb.  Cavanşir Rzazadə MDHP sədri, deputat Fərəc Quliyevin köməkçisidir.

Qeyd edək ki, bundan öncə daha bir deputat köməkçisi 80 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınıb. Bu, Milli Məclisin deputatı Nəriman Əliyevin köməkçisi Mirnizam Vahabovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA