Beyləqanda “Sağlam həyat tərzi uğrunda Kubok yarışları” - 3 rayonunun gəncləri yarışıblar (FOTOLAR)

img

15-08-2015 [23:53]


"Futbol vasitəsilə gənclərin sosial İnteqrasiyası və sağlam həyat tərzini təbliği” layihəsi çərçivəsində Beyləqan, Füzuli və Xocavənd rayonunlarını təmsil edın  gənclər arasında  mini futbol üzrə "Sağlam həyat tərzi uğrunda Kubok yarışları” keçirilib.

"Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi, Beyləqan rayon İcra hakimiyyəti və Beyləqan rayon Gənclər və İdman İdarəsinin  əməkdaşlığı ilə baş tutan və  4 gün ərzində davam edən turnirdə 8 komanda  arasında playy-of qaydalarına uyğun mübarizə aparılmışdır. 

Gərgin mübarizə nəticəsində  finala Beyləqan rayonunun gənclərindən ibarət "Şəfəq” və Aşıqlı-1 komandaları vəsiqə qazanmışdır. Tamaşaçıların və gənclərin də böyük marağına səbəb olan final oyununda mübarizədən qalib ayrılan "Şəfəq” komandası turnirin qalibi adına layiq görülmüşdür.  

İlk 3 yeri tutan komandalar  Fəxri Diplom, kubokla və hədiyyələrlə mükafatlandırılmışdır. 

Qeyd edək ki, layihənin əsas məqsədi  Beyləqan, Füzuli  və Xocavənd rayonundan olan   gəncləri  idman vasitəsilə sağlam həyat tərzi, reproduktiv sağlamlıqla bağlı məlumatlandırmaq və gənclərin asudə vaxtlarının təşkilində idmanın rolunu artırmaqdan  ibarətdir. Layihənin vəzifələri isə Gənclər arasında Sağlam həyat tərzini və reproduktiv sağlamlığı təbliğ etmək, gənclərin zərərli vərdişlərdən uşaqlaşmasına yardım göstərmək və onların bu sahədə bacarıqlarını və məsuliyyətlərini artırmaq, İdman vasitəsi ilə sağlam həyat tərzinin təbliğini gücləndirmək və gənclərin asudə vaxtlarının təşkilində idmanın rolunu artırmaq, Sağlam həyat tərzinin təbliğində gənclər arasında əməkdaşlıq əlaqələrini gücləndirmək və sağlam həyat tərzinin təbliğində bələdiyyələr və icmaların, dövlət orqanlarının  rolunu artırmaqdan ibarətdir. Layihə Fərdi şəxs Ceyhun Quliyev tərəfindən   Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR