16-07-2015 [16:48]
Prezident İlham Əliyev iyulun 15-də hökumətin birinci yarımilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasını keçirib. O, iclasda xarici və daxili siyasət məsələləri üzrə mövqeyini təsvir edib.
"Turan" İnformasiya Agentliyinin Analitik Xidməti dövlət başçısının çıxışını təhlil edib.
Analizdə qeyd olunur ki, prezidentin nitqinin təhlili, o cümlədən kontekstdən götürülmüş tezislər, arqumentlər və nümunələr göstərir ki, ilin əvvəlində başlamış iqtisadi böhran prezidentin 2003-cü ildə birinci dəfə dövlət başçısı seçildiyi andan etibarən həyata keçirdiyi xətlə bağlı mövqeyini dəyişməyib.
Ötən yarım il ərzində prezident İlham Əliyev Yaxın Şərqdə müharibələrin, Avropa və MDB-də böhranların əhatəsində Azərbaycanı sabitlik adası kimi görməyə davam edib.
Prezidentin sözlərindən belə aydın olur ki, o, Azərbaycanın Avropa məkanına inteqrasiyası prosesini maksimum uzatmaq kursunu davam etdirəcək: "Biz heç yerə inteqrasiya etmirik. İnteqrasiya etdiklərimiz kifayətdir. Lazım olsa, başqa birliklərə də daxil olarıq, amma bərabərhüquqlu tərəfdaş kimi, layiqli ölkə kimi”.
İ.Əliyevin çıxışlarından belə bir nəticə çıxır ki, o, ləngiyən Avrointeqrasiya siyasəti həyata keçirəcək. Demokratik Avropanın ünvanına tənqidlərə baxmayaraq, prezident İlham Əliyev münasibətləri məhdudlaşdırmağı planlaşdırmır və gələcək aylarda əməkdaşlığın yeni mexanizmini, formatını və konsepsiyasını hazırlamaq zərurəti haqqında danışır.
İ. Əliyev assosiativ üzvlük haqqında sazişi Azərbaycana göstərişlər verən qəbuledilməz birtərəfli əməkdaşlıq adlandırıb. Əliyevin fikrincə, yeni əməkdaşlıq sənədi – bu, tərəfdaşlıq və ya strateji tərəfdaşlıq haqqında müqavilə ola bilər – Avropada iqtisadi və əxlaqi böhrandan narahat olan Azərbaycanın milli maraqlarını və dəyərlərini nəzərə almalıdır.
İqtisadi sahədə islahat ümidləri də qeyri-müəyyən müddət üçün təxirə salınıb.
Dövlət başçısının çıxışından aydın olub ki, əvvəlki kimi biznesin dövlət tərəfindən ciddi şəkildə tənzimlənməsinə önəm veriləcək. Bu iclasda İ.Əliyev artıq aviabiletlərin, dərmanların, otel otaqlarının və s. qiymətlərinin ucuzlaşdırılması haqqında göstəriş verib. O, növbəti dəfə ildən-ilə çoxalan biznes subyektlərinin əsassız yoxlanmasının yolverilməz olduğu haqqında göstərişini yenidən vurğulayıb.
Prezidentin nitqinin giriş və yekun hissələri və hökumət üzvlərinin kənar baxışları göstərir ki, İlham Əliyev əvvəlki kimi anın tələblərini nəzərə alaraq hərəkət edəcək, miniböhranların və çağırışların lokallaşdırılması üzrə qərarlar qəbul edəcək, amma istər xarici, istər daxili siyasətdə strateji qərarlar qəbul etməyəcək.
Hər iki sahə yaxın gələcək üçün noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqəli olacaq. Bu seçkilərin hazırlanması və keçirilməsi prezidentin gündəliyini müəyyən edəcək.
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır