16-07-2015 [13:56]
2015-2016-cı dərs ilindən X-XI siniflərində tədrisin təmayüllər üzrə təşkil olunacağı siniflərdə həftəlik 30 dərs saatı müəyyən olunub.
Təhsil Nazirliyindən verilən məlumata görə, nazirin 2015-ci il 8 iyun tarixli əmri ilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin təmayül siniflərində 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət üzrə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb.
Rus bölməsində həftədə əlavə 2 saat "Azərbaycan dili (dövlət dili kimi)” fənninin tədrisinə ayrılır. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.
Həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub. Təmayül siniflərində mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcəkdir.
Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakıdakı 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.
Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarət olub.
Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün təlimə marağı xeyli artırır, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir göstərir. Eyni zamanda, təmayülləşmə şagirdlərin repetitor xidmətindən istifadə hallarının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır