YAP-ın siyahısı avqustda hazır olacaq

img

13-07-2015 [14:41]



"Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yekun namizəd siyahısı avqust ayında bəlli olacaq”.

Mia.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib. S.Novruzovun sözlərinə görə, bəzi media orqanları gündəmdə qalmaq və sensasiya yaratmaq üçün müxtəlif şayiələr yayır: "Bunların hamısı yalandır. Biz partiyanın daxili işləri ilə bağlı heç bir məlumat, informasiya vermirik”.

YAP daxilində deputatlığa namizədlərin seçim prosesinin şəffaf olduğunu söyləyən Siyavuş Novruzov partiyada namizədlərin siyahısının şəxslərin vəzifəsinə və ya yaşına görə müəyyən edilmədiyini, bunu seçicilərin müəyyənləşdirəcəyini qeyd edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA