13-07-2015 [12:57]
"Bakı-Supsa neft kəmərinini operatoru kimi BP artıq 15 ildən artıqdır ki, Azərbaycan neftini etibarlı, səmərəli və təhlükəsiz şəkildə dünya bazarına çatdırır, bundan sonra da çatdıracaq”.
Mia.az xəbər verir ki, bunu BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Anspress-ə açıqlamasında deyib. O, son günlərdə Bakı - Supsa kəməri ətrafında yaranmış gərginliklə bağlı xəbəri şərh edərkən heç də narahatçılıq ifadə etməyib:
"Kəmər BP üçün böyük önəm daşıyır. 35,8% paya malik şirkət "Azərii-Çıraq-Günəşli” (AÇG) layihəsinin operatoru kimi 1998-ci ildən fəaliyyətə başlamış və AÇG-nin tərkib hissəsi olan Bakı - Supsa kəmərinin də operatorudur. AÇG-dən hasil edilən neftin təxminən 10 faizi bu kəmər vasitəsi ilə nəql edilir. Məsələn, 2014-cü ildə Səngəçal terminalından 298,5 milyon barrel neft göndərilib və bunun 31,4 milyon barreli Bakı-Supsanın payına düşüb. Orta hesabla, Bakı - Supsa ilə ildə 5 milyon tona yaxın neft ixrac eləmək mümkündür". 
Bakı Supsa kəmərinin sahibləri
Gürcüstan mətbuatı isə son günlərdə kəmərin üzərini qara buludların aldığını yazır. Məlumatlara görə, Gürcüstanın Cənubi Osetiya bölgəsinə nəzarət edən Rusiya hərbçiləri işğal hüdudlarını bir neçə yüz metr artıraraq kəmərə maksimum yaxınlaşıblar. Gürcülər hazırda bəzi sahələrdə işğal zonasının hüdudları ilə Bakı- Supsa kəməri arasında cəmi 50 metr məsafə qaldığını iddia edirlər. Onların fikrincə, bu, artıq kəmərin de-fakto işğalıdır.
Məsələyə Gürcüstanın energetika naziri Kaxa Kaladze də reaksiya verib. O da dolayısı ilə məsələnin ciddi olduğunu vurğulayıb və lazım olarsa hökumətin alternativ layihəni işə salacağını bildirib: "Burada söhbət 1500-1600 metrlik yeni sahənin tikintsindən gedir. Layihə artıq mövcuddur və əgər problemlər olarsa, biz bu layihəni gerçəkləşdirəcəyik".

Kaxa Kaladze (ortada) kəmər üçün yeni hissə tikmək istəyir
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban gürcü mətbuatının hay-küyünü əsassız sayır:
"Hər gün atlı mühafizəçilər kəmərin üzəri ilə nəzarəti həyata keçirirlər. Əgər təhlükəsizliklə bağlı hər hansı problem olsa idi, bu barədə çoxdan məlumat vermişdilər. Kəmərin artıq işğal zonasına düşməsi barədə deyilənlər də boş şeydir. Bakı-Supsa işğal zonasından bir neçə kilometr aralı keçir, bir neçə yüz metr irəliləmə kəmər təhlükə törədə bilməz. Sadəcə, gürcülər kəmərin adını çəkməklə Cənubi Osetiyada yaranmış yeni problemə beynəlxalq diqqəti cəlb eləmək isəyirlər. Rusiya Azərbaycanın beynəlxalq iqtisadi öhdəlikıləri üçün problem yaratmaz. Bu rəsmi Bakı ilə Moskvanın münasibətlərini pisləşdirə bilər. Əgər rusların kəmərdə problem yaratmaq fikirləri olsa idi, bunu 2008-ci il müharibəsi zamanı edərdilər. Onda kəmər faktiki olaraq rusların işğalı altında idi".
Onu da qeyd edək ki, kəmərdə 11,6% ikinci paya malik Dövlət Neft Şirkətinin (SOCAR) məlumatların da BP kimi Bakı - Supsa neft kəmərində hansısa bir problemin olmasından danışılmır. Əksinə, şirkətin yaydığı xəbərlərdə 2015-ci ilin birinci yarısında Bakı - Supsa yolu ilə Azərbaycana və ARDNŞ-ə məxsus 1,6 milyon ton neftin nəql edildiyi bildirilir. Yəni iqtisadçı ekspertin kəmər barədə dedikləri dolayısı ilə SOCAR tərəfindən də təsdiqlənir.
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır