“Əbülfəz Qurbanlıdan sonra da istefalar olacaq”

img

10-07-2015 [15:21]


Əli Kərimlinin müavini Əbülfəz Qurbanlının istefa verməsi siyasi partiyalar arasında birmənalı qarşılanmayıb. Bununla bağlı mia.az-az acıqlama verən BAXCP sədrinin siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Əli Kərimlinin yanından istefalar olacağını bir müddət öncədən qeyd edib:” Bu cür istefaların olacağını əvvəlcədən demişdim. Əbülfəz Qurbanlının istefası ilə proses bitməyəcək. Yeni istefalar olacaq. Yaxın zamanlarda bunun şahidi olacağıq. Əslində özünə hörmət edən şəsx heç vaxt Əli Kərimli ilə birgə addımlamaz. Bu adamla kimsə uzun yol gedə bilmir. Səbəb? Əli Kərimlinin şəxsi maraqları . Bu adam insanlara qul kimi baxır. Bunun düşüncəsinə görə hər kəs bunun üçün çalışmalıdır və buna xidmət göstərməlidir. Əli Kərimlinin feodal təffəkkürlü insandır. Anındaca öz maraqları üçün istənilən müavini , işcisini ayaqlar altına ata bilir. Əli Kərimli üçün heç bir dəyər yoxdur. İnsanlar da bunu görürlər və bu səbəbdən də istefa verirlər. Baxın bu günə qədər bu adamdan kimlər imtina etməyib ki? Məncə, Əli Kərimli ginnesin rekordlar kitabına da düşə bilər. Bu adam Azərbaycanın siyasi tarixində yeganə şəxsdir ki, kimi özünə müavin təyin edirsə, qısa bir müddətdən sonra həmin şəxslər istefa verib, ondan imtina edirlər. Əbülfəz Qurbanlı dördüncü müavinidir ki, istefa verir. Buna qədər Fuad Mustafayev , İbrahim Vəliyev, Asəf Quliyev, Razi Nurullayev istefa vermişdi. Müşavirləri olmuş Rəsul Mirhəşimli, Şakir Abbasov, Zərifə Məhəddinova və başqaları da istefa verənlərdi.” Niyaməddin Orduxanlı Əbülfəz Qurbanlının istefasına münasibət bildirməyən Əli Kərimlinin niyə susduğuna da aydınlıq gətirdi: " Son vaxtlar Əli Kərimlinin mətbuat xidmətinin rəhbəri vəzifəsini Cəmil Həsənli icra edir. Əli Kərimli ilə bağlı məsələlər olanda Cəmil Həsənli cavab verir. Yəqin ki, bu məsələ ilə bağlı da Əli Kərimli yenə də Cəmil Həsənlini qabağa verib, bir acıqlama verdirəcək. Rüstəm İbrahimbəyov Krımı Rusiyanın ərazısı saydı. Əli Kərimli İbrahimbəyovun qorxusundan münasibət bildirmədi. Bu məsələdə də Cəmil Həsənlini danışdırdı. Yəqin Cəmil Həsənli həm də Əli Kərimlidən mətbuat xidmətinin vəzifəsi maaşını da alır”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA