10-07-2015 [13:49]
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
Mia.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüş səfirin müraciəti əsasında baş tutub və tanışlıq xarakteri daşıyıb.
Görüşdə H.Bağırov son illərdə Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı tədbirlərdən, beynəlxalq sahədə əldə edilən nailiyyətlərdən danışıb.
Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ölkədə aparılan ardıcıl ekoloji siyasət barədə də ABŞ səfirinə məlumat verən nazir qeyd edib ki, son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və əvvəllər ölkə ərazisinin 11,4 faizini təşkil edirdisə, hazırda 11,8 faizədək artıb. Meşə fonduna daxil olmayan ərazilərdə yaşıllıqların artırılması sahəsində də nəzərəçarpacaq işlər görülüb. Son 4-5 il ərzində Bakı və Abşeron yarımadasında 3613 hektar ərazidə 4,6 milyon ədəd, müxtəlif bölgələrdə 1800 hektar sahədə 1,2 milyondan artıq ağac əkilib. Amerikalı diplomata bildirilib ki, bu və ya digər mühüm ekoloji layihələrin həyata keçirilməsi ilə paralel olaraq xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb. Vəhşi təbiətin mühafizəsi istiqamətində "Heydər Əliyev Fondu”nun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 150 başadək ceyran öz tarixi areallarına köçürülüb.
R. Sekuta Azərbaycanda son illər iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ekologiya sahəsində əldə edilən uğurların şahidi olduğunu bildirib, həmçinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizdə müxtəlif sahələr üzrə çoxsaylı layihələr icra etdiyini qeyd edib.
Görüşdə 2015-ci ilin sonunda Parisdə keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına hazırlıq ilə bağlı məsələlərə toxunulub. Müzakirə zamanı hər iki ölkə tərəfindən iqlim dəyişmələri üzrə yumşaldılma tədbirlərinin aktivləşdirilməsi, həmçinin iqlim dəyişmələrinin təsirlərinin azaldılması və itkilərin minimuma endirilməsi üçün adekvat adaptasiya tədbirlərinin həyata keçirilməsinin, ümumiyyətlə Azərbaycan ilə ABŞ arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da aktivləşdirilməsinin vacibliyi vurğulanıb.
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır