07-07-2015 [13:13]
Son günlər Azərbaycanda müharibə başlayacağına dair müxtəlif fikirlər səslənir, müzakirələr aparılır. Bu müzakirələrin əsas predmeti isə hərbi qulluq vaxtını tamamlayan əsgərlərin hələ də ordudan təxris olunmamasıdır. Nəticədə cəmiyyətdə müxtəlif suallar səsləndirilir... O cümlədən də "Müharibə başlaya bilərmi" sualı...
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid OrucModern.az saytının bu və digər suallarını cavablandırıb, ictimaiyyəti narahat edən məsələlərə aydınlıq gətirməyə çalışıb.
O qeyd edib ki, hazırda orduda vəziyyət iki il əvvəlki kimi deyil: "Azərbaycanın hərbi gücü artıb. Nəzərə almaq lazımdır ki, düşmən də əlini əlinin üstünə qoyub tamaşa etmir, Ermənistandan peşəkar saydıqları hərbiçiləri ora yönəldir, orda xüsusi hərbi birləşmələr yaratmaqla məşğuldurlar. Beləliklə, bunlar, avtomatik olaraq, Azərbaycanın sayıqlığını artırmağı tələb edir”.

"Tərxis vaxtı yetişən hərbi qulluqçular 1990-cı illərdəki kimi 4-5 il deyil, ola bilər ki, bir neçə ay gecikmə ilə evlərinə buraxılsın. Ehtiyatda olan hərbi qulluqçuların da orduya cəlb edilməsi onların hərbi formalarını, biliklərini artırmaq məqsədi güdür. Mümkündür ki, ehtiyac duyulduğu halda onlar peşəkar səviyyədə müharibəyə cəlb olunsun.
Hazırda Müdafiə Nazirliyinin adından danışmaq çətindir. Lakin Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü kimi gördüyüm, müşahidə etdiyim, aldığım informasiyaları analiz edərək deyə bilərəm ki, həqiqətən də təhlükəsizlik problemləri kifayət qədər dərinləşib. Cəbhə xəttində vəziyyət əvvəlkindən qat-qat gərgindir. Müdafiə nazirinin özünün rəhbərliyi ilə həyata keçirilən təlimlər də döyüşə hazırlıq deməkdir. Bütün bunların fonunda erməni tərəfi kifayət qədər böyük qüvvələrini regiona cəlb edib. İndi Ermənistanın hərbi qüvvələrinin əksər hissəsi Qarabağda cəmlənib. Ona görə də say, yerdəyişmələr, onların taktikasının müşahidə altında saxlanması onu deməyə əsas verir ki, Azərbaycanda hərbi xidmət sistemində əvvəlki müddətlərdəkindən kənara çıxmalar baş verəcək. Hesab edirəm ki, bunu vətəndaşlarımız anlayışla qarşılamalıdır. Əminəm ki, müharibə başlamayacağı təqdirdə, hərbi qulluqçular xidmət müddətlərini başa vurub sağ-salamat evlərinə qayıdacaqlar".
"Müharibə başlaya bilərmi”sualına cavab olaraq Zahid Oruc bildirib ki, parlament üzvlərinin ölkənin bütün hərbi sirlərinə bələd olmadan, Azərbaycanın silahlı əməliyyatlara başlayacağı təqdirdə, müdafiəsi ilə, ona yardım olacaq ölkələrin sayını bilmədən, atılacaq addımların taktiki xəritəsindən tam məlumatsız şəraitdə asanlıqla "müharibə" ifadəsini dilə gətirməməlidir.
"Ona görə ki, hərbi əməliyyatların başlanması nə qədər sadə və asandırsa, qurtarması da bir o qədər çətindir. Bununla bərabər, hesab edirəm ki, ölkə rəhbərinin hərbi dildə danışması inkar olunmazdır. Bəzən müharibə özü deyil, sadəcə təhdid, onu nümayiş etdirmə, düşmənin bir neçə raketini vurmaq, canlı texnikasına zərbə endirmə özü də psixoloji-mənəvi geriçəkilmələrə səbəb ola bilir”.
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır