06-07-2015 [16:19]
Mia.az xəbər verir ki, bu barədə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az saytına açıqlamasında məlumat verib.
Siyavuş Novruzov bildirib ki, YAP-da Leyla Əliyevanın namizəd olması ilə bağlı yekdil fikir var. Onun sözlərinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə xaricdə Azərbaycan haqqında aparılan təbliğat, "Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayıb:
"Amerikanın 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyıb. Bundan başqa, bütün müsəlman ölkələri Ermənistanın Xocalıda soyqırımı törətdiyini qəbul edib. Bütün bunlar Leyla Əliyevanın xidmətləridir. Belə bir gəncin xaricdə millət vəkili olaraq Azərbaycanı təmsil etməsi çox önəmli məsələdir”.
YAP icra katibinin müavini onu da qeyd edib ki, Leyla Əliyeva hər zaman təmənnasız olaraq kimsəsizlərə, xəstələrə, imkansız adamlara kömək göstərir, xaricdə təhsil alan tələbələrə dəstək verir.
"YAP bütün bunları nəzərə alıb, Leyla xanımın namizədliyini irəli sürmək istəyir. Bu, bütün partiya üzvlərinin istək və arzusudur. Bu istək və arzular partiya rəhbərliyinə çatdırılacaq. Lakin son qərarı Leyla Əliyevanın özü verəcək. Leyla Əliyeva Azərbaycan gəncliyi üçün bir nümunədir, Azərbaycan gəncliyinin lideridir. Hamı bilir ki, cənab Prezidentin övladı Azərbaycan üçün nə qədər böyük işlər görüb. Azərbaycanı tanıdan, mədəniyyətimizi, tariximizi dünya səviyyəsində təbliğ edən Leyla xanım gənclərimizə örnəkdir. Kaş məmur övladlarının on faizi Leyla Əliyeva qədər Azərbaycana bağlı olaydı, Azərbaycana xidmət edəydi. Azərbaycanın Leyla Əliyeva kimi gənclərə böyük ehtiyacı var”.
Leyla Əliyeva Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.
Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır