04-07-2015 [12:48]
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. İlham Əliyev və Serj Sarkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəklər.
Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacaq və bu, iki ölkə prezidentinin sayca dördüncü görüşü olacaq.
Elə bu məqsədlə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar.
Həmsədrlərin regiona səfəri barədə iki gün əvvəl ABŞ-ın Dövlət Müstəqilliyi Günü münasibəti ilə Bakıda təşkil olunan tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da açıqlama verib.
İndi regiona ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfəri gündəmdədir və Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili haqqında məsələ müzakirə ediləcək.
Prezidentlər görüşdə Qarabağ münaqişəsinin nizama salmasının irəliləyişi üçün yeni yolların tapılmasını müzakirə etmək imkanına malik olacaqlar.
Prezident İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Pransa prezidentinin Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
Görüş iştirakçıları sülh danışıqlarında irəliləyişin təsbit edilməsi üçün etibarın möhkəmləndirilməsi üçün tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri çərçivəsində dialoqun davam etdirilməsinin əhəmiyyətini, həmçinin dialoqdan başqa alternativ yolun olmadığını vurğulayıblar.
Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, Paris görüşündə tərəflər bu ilin sentyabrında Nyu-Yorkda BMT-ın Baş Assambleyasının növbəti iclası çərçivəsində dialoqun davam etdirilməsinə razılaşıblar.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye prezidentlərin görüşü, Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişi ilə bağlı məsələyə münasibətində deyib ki, tərəflər olduğu yerdə qaldıqda və addım atmadıqda proses dayanır. Hər iki tərəfin müəyyən addımlar atması, təkliflər verməsi vacibdir. Azərbaycan və Ermənistan tərəfinə bunun hamı üçün vacib və maraqlı məqam olması çatdırılmalıdır.
Səfirin sözlərinə görə, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərir. Şəxsən Fransa Prezidenti bu prosesə cəlb olunub və o, bu problemin həll olunmasında maraqlıdır.
Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildiorib ki, Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər yenidən görüşmək istəklərini təsdiqləyiblər və ATƏT-in Minsk qrupu qarşıdakı görüşün gündəliyi üzərində işləyir: "Biz görüşün gündəliyi üzərində işləyirik. Bu və ya gələn ay regiona səfər etməyə və təfərrüatları müzakirə etməyə hazırlaşırıq".
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb ki, Minsk qrupunun bütün iştirakçı ölkələri sülh danışıqları prosesini dəstəkləyir.
Xatırladaq ki, Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin üçüncü görüşü oldu. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub. Tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə edib, danışıq prosesi üzrə mövqelərini ortaya qoyublar.
Dövlət katibi C.Kerri münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını söyləyib, tərəfləri gərginliyin azaldılması və etibarın yaradılması üçün mexanizmləri tapmağa çağırıb.
Ondan əvvəl isə, İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə üçtərəfli görüş keçiriblər. Bu görüşdə Azərbaycan və Ermənistan Silahlı qüvvələri arasında qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bir sözlə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və bu görüşün nəticələri böyük maraq doğurur. 25 ildən çoxdur davam edən Qarabağ münaqişəsinin ədalətli həlli bölgədə siyasi gərginliyin azaldılmasına, ölkələrin ərazi bütövlüyü prinsipinin qorunmasına və regional əməkdaşlığın inkişafına və genişlənməsinə yol açacaq. (Anspress)
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır