"Yeni bir dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik" - Ərdoğan

img

27-06-2015 [14:19]


Türkiyə  prezidenti Tayyib  Ərdoğan  Suriyada baş verən olaylardan danışıb.

Avropa.info xəbər verir ki, Ərdoğan Türkiyə ilə sərhəddə yerləşən Suriya ərazilərində yeni bir kürd dövlətinin qurulmasına əsla razı olmayacaqlarını deyib.
 
 
"Türkiyənin cənub sərhədində son dörd ildir yaşadıqlarımız ortadadır . Avropanın laqeydliyi də hər kəsin gözü qarşısındadır. Qərb yanımıza gəldiyi zaman  bizi  tərifləyir, amma  siz də bir yardım edin deyildiyi zaman yox. Qaçqın katerlərinin batmasına göz yummaqla öz ölkənizin  halınızı yaxşı saxlaya bilməzsiniz.
 
Sonuna qədər bu şəkildə davranacağıq, kimsənin şübhəsi olmasın. Bu insanlıq  dramının  bütün yükünü Türkiyə öz üzərinə götürüb. Suriyaya silah göndərənlərin, bomba göndərənlərin bu yoxsullara zərrə qədər dəstəyi varmı ? Yox. Bunun bədəlini gec-tez ödəyəcəklər.
 
Kobanidəki hadisələri bəhanə edənlər  oktyabrda  Türkiyədə  olaylar  çıxardılar  və 50 nəfər həyatını itirdi. Yenə eyni şəhərdə hadisələr baş verir və həmin dairələr Türkiyəni qarışdırmağa çalışır.
 
Utanmadan, çəkinmədən  "terrorçu Türkiyə"  deyə  tvit atanlara  müraciət edirəm: Sizdə ləyaqət varsa, şərəf varsa, Kobanidən qaçanlara qucaq açan ölkəyə siz necə terrorçu deyirsiniz ?
 
Sizlərdə ləyaqət varsa Kobanidən gələnləri ölkəsində saxlayanlara "terrorçu" demə haqqını haradan alırsınız? 
 
Türkiyə Suriyadakı azadlıq mübarizəsinə əlbəttə, dəstək verir.  Amma bunu edərkən terrorçularla bir araya gəlmir. Türkiyəni  heç kəs onlarla yanaşı göstərə bilməz.
 
Yardım  TİR-larına basqın edənlərin  kim olduqlarını indi hər kəs çox açıq bir şəkildə görür. Bayırbucak türkmənlərinə gedən yardımın yolunu kəsənlərin kim olduqları bu gün açıq şəkildə ortadadır.
 
Suriyanın  Türkiyə ilə sərhədində  yeni  bir  dövlətinin  yaradılmasına heç vaxt imkan verməyəcəyik. Əvəzi nə olursa olsun, buna mane olacağıq. Biz bölgədəki demoqrafik quruluşun dəyişməsinə göz yummayacağıq.
 
Biz, Suriya və İraqda əmin-amanlığın bir an əvvəl təmin olunması məsələsində  üzərimizə düşənləri edəcəyik."

Qeyd edək ki, Türkiyəni Suriya ilə sərhədindəki bəzi ərazilər PKK-nın əlinə keçib. Analitiklərin fikirincə, Qərb Suriyanın Türkiyə ilə sərhədində  PKK-nın  nəzarətində olan  yeni kürd dövləti qurmaq fikirindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA