"Milli Şuranın satqınlardan ibarət dəstədir" - Partiya sədri

img

25-06-2015 [15:44]


"Mən dəfələrlə Milli Şuranın satqınlardan ibarət dəstə olduğunu demişəm. Bu qurumda Azərbaycanı istəməyən şəxslər toplaşıb, onlar başqa ölkələrin maraqları adından çıxış edərək Azərbaycanın milli maraqlarını satıblar. Rüstəm İbrahimbəyov verdiyi son müsahibəsində bir daha ermənipərəst olduğunu göstərdi. Bu gün Milli Şura ilə "Yeni Müsavat” qəzeti arasında gedən çəkişməyə baxıram, mən dediyim həqiqətləri Rauf Arifoğlu indi deməyə başlayıb, buna görə, mən ona minnətdaram. Müsavat Partiyası Milli Şura yaranan gündən orada təmsil olunmamalıydı, onlar gedib Rüstəm İbrahimbəyovun evində toplaşıb görüş keçirirdilər. Mən hər dəfə İbrahimbəyovun agent olduğu barədə açıqlamalar verəndə məni qınayırdılar. İndi göründüyü kimi artıq mövqelərimiz üst-üstə düşür”.

Bu sözləri "Yeni Müsavat” və Milli Şura arasında yaranmış qalmaqala münasibət bildirən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Qeyd edək ki, Hafiz Hacıyev Milli Şura yaranan gündən bu qurmu ən çox tənqid edən siyasətçidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA