Oğlu qəza törətdi, YAP rayon təşkilatı sədri məhkəməyə verildi - VİDEO

img

25-06-2015 [15:24]


YAP Ağdam rayon təşkilatının sərdrinə qarşı məhkəmə iddiası qladırılıb. 

Bu barədə əslən həmin rayonun Qiyaslı kəndindən olan Abdullayev Sadiq Mürşüd oğlu verib.

Şikayətçinin sözlərinə görə, YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyevin  Tural adlı oğluona məxsus olan avtomobili aşırdaraq yararsız hala saldıqdan sonra, dəymiş maddi ziyanı ödəmək istəmir:

"Mənim özüm də YAP-ın üzvüyəm. Bu partiyaya sonsuz məhəbbətim var, ancaq İskəndər Quliyev partiyada tutduğu mövqeyindən istifadə edərək, mənə qarşı haqsızlıq edir. Hətta biz dəyən zərərin yarısının ödənilməsinə də razı olduq. İskəndər müəllim isə deyir ki, gedin nə bilirsiniz edin. Son ümid yeri kimi məhkəməyə üz tutmuşuq. Hazırlıq iclası iyulun 3-nə təyin edilib. İşə Ağdam rayon məhkəməsində baxılacaq”.

Bizdə olan məlumata görə, bu hadisə YAP-ın mərkəzi rəhbərliyini də ciddi narahat edib və çox güman ki, Avropa Oyunlarından sonra bu məsələ YAP  səviyyəsində də araşdırılacaq. Çünki dəfələrlə Prezident öz çıxışında məmurlara öz ovladlarının əməllərinə nəzarət etmələrilə bağlı ciddi tapşırıqlar verib. İskəndər Quliyev məmur olmasa da, YAP-ın ən yuxarı şəxsləri tərəfindən verilən təlimatlara uyğun hərəkət etməyə borclu olan görəvi daşıyır.

Azinforum.az

Tural Quliyevin aşırdığı maşının qəzadan sonrakı vəziyyətini əks etdirən videogörüntü:

tur


tur1


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA