Millət vəkilinə ağır itki üz verdi

img

24-06-2015 [17:10]


Milli Məclisin üzvü Vahid Əhmədova ağır itki üz verib. Millət vəkilinin anası bu gün 101 yaşında dünyasını dəyişib. 

 Bu barədə Publika.az-a deputatın özü məlumat verib: "Bu gün Qazaxa, deputat həmkarım Əhməd Vəliyevin anasının hüzr mərasimində iştirak etməyə getmişdim. Burda eşitdim ki, anam dünyasını dəyişib. İndi Qazaxdan Qubaya qayıdıram”. Millət vəkili bildirib ki, dəfn mərasimi sabah keçiriləcək və mərhumə Qonaqkənd kəndində torpağa tapşırılacaq. Qeyd edək ki, deputatın anası bir müddət idi, xəstəlikdən əziyyət çəkirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA