24-06-2015 [13:13]
Bu gün Azərbaycanda siyasi partiyalar və ictimai qurumlar, eləcə də vətəndaş cəmiyyəti tamamilə durğunluq çağını yaşayırlar. Ölkənin bu günü və sabahı ilə bağlı cəmiyyətlə uzlaşan araşdırma və analitik baxışlar ümummilli proses kimi ortaya qoyulmur. Müxalifət partiyaları arasında yaşanılan təzadlı qarşıdurmalar, iqtidarda olan Yeni Azərbaycan Partiyası və ona dəstək verən cırtdan qurumlar demək olar ki, XXI yüzilin standartlarına uyğun gəlmirlər. Məmləkətin milli gəlirləri ildən-ilə artsa da, bütün bunları insanların sosial həyat tərzində izini görmək mümkün deyil. Əslində dövləti yaşatmanın və inkişaf etdirmənin dünya düzənində mövcud olan iki yolundan birini seçmək kimi dəyərlərin heç birinə əməl olunmur. Bunlardan biri ya dövlətin xalqı, ya da xalqın dövləti yaşatması kimi iki qlobal prosesə dəyər verən belə yoxdur. Mürgülü müxalifətin sıraları isə ildən-ilə seyrəlməkdədir.
45 siyasi partiyanın sadəcə adı qalıb
Bu gün ölkənin ən iriçəkili müxalifət partiyaları olaraq, Müsavat, Xalq Cəbhəsi (AXCP), Klassik Xalq Cəbhəsi (KXCP), Demokrat (ADP) Ümid, Sosial Demokrat və digər siyasi qurumlar tamamilə bir-birinə qarşı nəinki rəqib, hətta düşmənçilik səviyyəsinə qədər münasibətlərə malikdirlər. Siyasi partiyaların çevrəsindəki ictimai qurumların indi sadəcə adı qalmışdır. Beləliklə müxalifət anlayışı vətəndaşların fərdi yaşam tərzinin baxışlarına pərçimlənib. Demək olar ki, 45 siyasi partiyadan sadəcə YAP-ın varlığı duyulmaqdadır. YAP-dakı pərdə arxası fəaliyyətlərdən xəbərsiz oldugum ücün, buradakı çeşidli qarsıdurmalardan xəbərim yoxdur. Bütün bunlarla yanaşı, ölkədə alternativ düşüncənin tribunası ola biləcək strukturlar da yox kimidir. Uzun illərdir qürbətdə yaşayan insanlar olaraq, Azərbaycanda baş verən prosesləri diqqətlə izləsək də, ölkədaxili proseslərin və özəlliklə də vətəndaş birliklərinin inkişafının perspektivini görə bilmirik. Çünki, siyasi və ictimai qurumların heç biri cəmiyyətdə baş verən proseslərə təsiretmə imkanlarına malik deyillər. Bunun əsas səbəblərindən biri fikrimizcə siyasi müxalifətin arasında baş verən antoqonizmdir. Ümumiyyetlə antoqonizm getdikcə bizdə milli mentalitətə çevrilməkdədir. Yeni düşüncə tərzi və texnologiyalarla cəmiyyətlə işləyə bilməyən maxalifət bütün sorunlarını sadəcə iqditarın üzərinə atmaqla sanki öz üzərinə düşən məsuliyyətdən yayınmaq taktikası ilə hərəkət edir. İqtidarı tənqid etməklə, özünün siyasi mövcudluğu imitasiyası görüntüsü yaratmaq isə, müxalifətə heç yaraşmır. Yeri gəlmişkən bir mətləbi ciddi vurğulayım ki, iqtidarı və onun sahiblərini tənqid etmək çox asan olduğu halda, müxalifət və onun fəallarini tənqid etmək qələm sahibindən cəsarət tələb edir. Çünki, bundan sonra böhtanlar və təhqirlər onlara məxsus olan qəzetlərdə tirajlanacaqdır. Polemika, diskussiya mədəniyyəti iqtidarda olmadığı kimi, müxalifətdə də heç yoxdur.
Əhalinin köklü problemlərindən biri kimi sosial sahədə mövcud olan sorunları müxalifət partiyaları ayrı-ayrılıqda, ya da bir araya gələrək çözüm yollarını ortaya qoymayıblar. Azərbaycanda bir nəfərin acından ölməməsi üçün vətəndaşın bazar zənbilinin ehtiyacı 350 manat təşkil etdiyi halda, onlara bundan qat-qat aşağı səviyyədə maaş verilir. Özəl sektorda əhalinin istismarının həddi-hüdudu yoxdur. İnsanlar gündəlik iş rejimində 12-15 saat qul kimi işlədilir və bunun qarşılığında cüzi əmək haqqı alırlar. Azacıq imkani olanlar ölkəni tərk etməyəkdədirlər. Sadə vətəndaşların da sosial problemləri getdikcə dərinləşməkdədir. Çünki, Azərbaycanda iqtidar müxalifət toqquşur, dartışır, bəzən məxfi öz maraqları çərçivəsində anlaşırlar da. Bunun əzabını, ağrı- acısını isə vətəndas çəkir. Biz bircə dəfə də olsun, müxalifət partiyalarının bir araya gələrək hökumət qarşısında gərəkən addımları atmasının şahidi olmadıq. Bir-birini didən, mətbuatda həqarətlər yağdıran siyasi elitanın ortaya atdığı çamur və təhqir dolu qarşıdurmalarını müşahidə edirik. Mətbuatın və sosial səbəkələrin özü belə, qarşılıqlı təhqir meydanına çeviriblər. Sosial şəbəkələrdə isə hərə öz statusunda kimisə sancmaq və aşağılamaq yarışına qoşulub. Elə bil xoş niyyətli olmaq siyasilər arasında yoxa çıxıb. Bir vaxtlar müharibədən qaçıb fərarilik edənəer şaiyə yayardılar ki, guya, döyüşdə arxadan vurub silahi götürüb satırlar, ona görə müharibəyə getmirlər... İndi isə vətən, millət və insanlıq bir yana qalsın, öz valideyinlərinə belə canı yanmayanlar, fürsət düşən kimi, ağızlarını acıb ən dəyərli insanlara bühtan atmağı özlərinə adət ediblər. Sanki dostluq, əqidədaşlıq heç Azərbaycanda olmayıb... Bölgəcilik və tayfaçılıq təssübkeşliyi iqtidarda nə qədər dərindirsə, heç müxalifət də ondan geridə qalmır... Bu gün əməli şəkildə milli amala söykənən, bütün vətəndaşlarə ağuşuna ala biləcək və ya buna cəhd edən, heç bir siyasi qurumu Azərbaycanda görmürük. Əksər siyasi partiyalar faktiki olaraq, bölgəçilik amalı ilə formalaşıb. Ona görə də cəmiyyətdə 45 siyasi partiyanın sadəcə adının qaldığı, hətta bəzilərinin tarixin arxivinə gömüldüyü qənaəti yaranıb. Qalan partiyalar isə sadəcə hakimiyyəti nadir hallarda tənqid edirlər. Bu həm də cəmiyyətdə ictimai passivliyə səbəb olan faktora çevrilib.
Devlərin problemlərinin səbəbləri
Əgər hörmətli İsa Qəmbər Müsavat Partiyasının parçalanmasına və orada baş verənlərə "qopma" deyirsə, bu, fikrimizc əsil faciədir... Çünki, Müsavat Partiyasının parçalanmasını Azərbaycanda müxalifət anlayışının diz üstə çökdürülməsi kimi də qəbul etmək olar. Bu partiyada başqan seçkisi ərəfəsində biz gənc bir namizədi müdafiə edən məqalə ilə "Yeni Müsavat” qəzetində cıxış etmişdik. Bunu ona görə etdik ki, bölgəcilik və tayfabazlıq bilməyən bir gənc liderə partiya fəallari dəstək versinlər və parçalanma baş verməsin. Çünki, Müsavatın adı hər bir Azərbaycan övaldı üçün müqəddəsdir. İstər Müsavat Partiyasının üzvü olsun, istərsə olmasın, istər iqtidar olsun, istər bitərəf olsun, fərq etməz. Müsavat adı bizim milli kimliyimizə bərabərdir. Ona görə də bu patiyanın parçalanması bizim milli faciəmiz kimi qəbul edirik. Müsavat Partiyasına rəhbərlik məsələsində başqanlıq məsələsində milli amal hər şeydən üstün olmalıdır. Milli amal isə dostdan, qohum-qardaşdan, bölgəçilikdən üstün zirvədə dayanan bir məvhumdur.
İndi bu partiyanın başqanı olan Arif Hacılı bu ideoloji mübarizənin heç zaman önündə olmayıb. Buna görə də, onun komandasında təmsil olunanların çoxunun Azərbaycan milli davasına aidiyyatı yoxdur. Müsavat Partiyası Arif Hacılı ilə birlikdə keçmiş texnokrat kadrlarla formalaşma prosesini yaşayır. Texnokratların isə siyasi mübarizəyə qalxması prosesini Azərbaycan iki dəfə, 1993-1997-ci illərdə və 2003-cü il prezident seçkilərində eks spiker Rəsul Quliyev və onun tərəfdarlarının apardıqları mübarizədə yaşamalı olublar. Bu iki olayda R. Quliyev və onun tərəfdarları ağır məğlubiyyətə uğramaqla həm də siyasi müxalifəti çökdürüblər. 1995-ci ildən sonra, ana müxalifət adına Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyinə keçən və bu günə kimi ona liderlik edən Əli Kərimli də tədricən özünün heç bir məntiqə sığmayan iddiaları ilə müxalifətin sıralarının zaman-zaman seyrəlməsinə səbəb olub. "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası”, "Böyük Quruluş Partiyası”, "Aydınlar Partiyası”, "Demokratik İslahatlar Partiyası” və başqa partiyalar AXCP-dən ayrılmaqla özlərinin yeni siyasi təşkilatlarını yaratsalar da, sonucda hakimiyyətin yedəyində gedən sosial şəbəkə rolunu oynamaqdadırlar. Fikrimiczə müxalifətin hər zaman seçkilər ərəfəsində bir araya gəlməsi, müxtəlif siyasi mərkəzlər yaratması ideyası tamamilə yalnış addımdır. Müxalifətin seçki dönəmində öz varlığını biruzə verməsi də yalnışdır. Seçkilərə kimi gərəkən birliyi yaratmaq, cəmiyyətə yeni ideyalarla gəlmək kimi texnologiyaları gündəmə gətirmək daha vacibdir. Bu gün sosial şəbəkələrdə, KİV-lərdə cəmiyyəti yeniliyə, ölkənin köklü problemlərinin həlli yönündə yeni baxışlara kökləyən proqramlar gündəmə gətirilməlidir. Fikrimiczə mövcud sorunların çözülməsində əhali üçün bunun fərqi yoxdur ki, onları kim həll edəcək. Rəsmi iqtidar, ya da müxalifət. Fərq etməz. Yetər ki, bunların çözülməsi üçün mövcud ətaləti yerindən tərpədə bilək.
Qubad İbadoğlunun liderliyində yaradılan "Azərbaycan Demokratiya və Rifah Hərəkatı” ölkədəki problemlərin köklü şəkildə həll edilməsi üçün çoxsaylı bəyanatlar versə də, hələlik biz bütün vədlərin üzərinə gediləcək fəaliyyətləri görmürük. Azərbaycannın gələcək taleyi cəmiyyət üçün beləcə qaranlıq qalmaqda davam edir.
Bəs nə etməli?
Bu məşhur kəlam düz iki yüz ildir ki, siyasi burulğanlarla dolu olan cəmiyyətlərdə aksiom kimi səsləndirilməkdədir. Müxalifət partiyaları ən azından iqtidaryönlü siyasi çevrələrdən örnək götürməlidirlər. İqtidaryönlülər istənilən zaman bir araya gəlməyi, uzlaşaraq gərək olan planlarını da sərgiləyə bilirlər. Min dəfələrlə təəssüflər olsun ki, müxalifətin geniş şəkildə bütünləşmiş spektrinin fəaliyyətlərini görmürük. Fikrimizcə ya müxalifət liderləri, ya da müxalifət partiyalarında aşağılardan birlik üçün vahid platforma ilə addım atmaq üçün bu gün özündə cəsarət tapmalıdırlar. Bu qənaətə ona görə gəlirik ki, müxalifəti güclü olan dövlətin özü də güclü olur. Hər şeyi hakimiyyətə gəlmək uğrunda mübarizəyə sərf etməklə uğurlar qazanılmaz. Fikrimizcə, dövlətçilik uğrunda aparılan mübarizələr ən böyük qələbə sayılmalıdır. Bələdiyyələrə seçki siyasətini qura bilməyən siyasi partiyanın hansı məntiqlə Milli Məclis və prezident kürsüsü uğrunda mübarizə apardığı biz hələ də anlaya bilmirik. Bələdiyyə seçkisində qanuni yolla seçilən namizəd öz hüquqları uğrunda mübarizə apara bilmirsə, ona verilən səslərin arxasında durmağı bacarmırsa, sabah o namizəd hansı statusla daha da irəli getmək iddiasını ortaya qoya bilər? Hətta həmin namizədi dəstəkləyən siyasi partiya seçki pozuntusu ilə bağlı sadəcə quru bəyanat verməklə işinin bitmiş olduğunu elan edirsə, o partiyanın bundan sonra nə haqqı var ki, özünü siyasi güc adlandırsın?
Fikrimizcə Azərbaycan seçicisi öncə seçməyin və seçilməyin texnologiyasını öyrənməli, sonra da öz hüquqları uğrunda mübarizə aparmağın yollarını ortaya qoymalıdır. Min dəfələrlə təəssüflər olsun ki, müxalifət partiyaları cəmiyyətlə bu yöndə gərəkən işləri görmür. Başa düşməlidirlər ki, Qərb dövlətləri heç zaman müxalifəti dəstəkləməyəcək. Qərbin tək hədəfi hansı ölkədə siyasi güc kimdirsə, onun yanında durmaqdır. Qərbə demokratik Türk-Müsəlman ölkəsi lazım deyil. Əgər Azərbaycanda güclü radikal islamçı bir partiya yaranarsa, bax Qərb düvlətləri dərhal onu dəstəkləyəcəklər. Qərbə heç zaman demokratik, dünyəvi, iqtisadi cəhətdən güclü Azərbaycan lazım deyil. Qərb Azərbaycanda prezident kürsüsündə başı əmmaməli adam görmək istəyir. Bu, bir acı həqiqətdir. Ona görə də Qərbdən dəstək ummaq, beynəlxalq qurumların mayakına boylanmaq tamam yalnış addımdır. Hakimiyyətə iddialı olanlar üçün yaranmış durumdan tək çıxış yolu onların birlikdə olmasıdır. O zaman nə etməli suallarına cəmiyyətlə birlikdə cavab tapa bilərlər.
Milli təsanüd həm də güclü dövlət deməkdir
XX yüzilliyin başlanğıcında Azərbaycanın milli istiqlalının və güclü dövlətə çevrilməsinin yollarını arayan, prosesləri milli məfkurə üzərində kökləyən fikir adamlarımız olaraq Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan Bəy Topçubaşlı, Fətəli Xan Xoylu, Nəsib Bəy Yusifbəyli kimi ünlü ideoloqların düşüncələri hələ də cəmiyyətimizdə tam mənimsənilməyib. Bu barədə sadəcə ara-sıra tarixçi alimlər müəyyən fikirlər söyləyirlər. Halbuki, həm iqtidar, həm də müxalifət Azərbaycan Milli Davasının bitmədiyini, müasir texnologiyalar əsasında həll edilməmiş problemləri necə çözməyin yollarını gündəmə gətirməlidirlər. Azərbaycanın işğal altında qalan əraziləri necə azad edilməlidir? Qarabağın xilasi ücün bütün yazılmış və ya yazılmamış qanunlardan istifadə edib, ölkənin ərazi bütövlüyü təmin edilməlidir. Bu yöndə konkret bir layihə olmalı və burada artıq iqtidardan və ya müxalifətdən söhbət belə gedə bilməz. Ölkə əhalisinin sosial problemlərinin həlli yollarını ortaya qoyaraq, vətəndaşın dildə deyil, əməldə vətən sevgisi aşılanmalıdır.
Dünya azərbaycanlılarının bir dövləti olan vətənimizin inkişafı yönündə necə səfərbər etmək olar? Çarizm və Sovet rejimlərindən miras qalan rüşvətxorluğun və traybalizmin qarşısını necə almaq olar? Təhsilin və mədəniyyətin inkişafı doktrinası nə üçün bu günə kimi ortaya qoyulmayıb? Suallar qədərindən qat-qat çoxdur. 1828-ci ildən bu günə kimi itirə-itirə bəlirsiz bir yol gedirik. Torpaqları zaman-zaman yağmalanan və özgələrinin ərazisinə çevrilən, ərazisi daralan bizik, Azərbaycan dövlətiyik. Nə iqtidar mənsubları, nə də siyasi müxalifət bütün bu suallara cavab axtarır, nə də cəmiyyətlə bu yöndə gərəkən işləri görürlər. Fikrimizcə milli təsanüd doktrinası bütün orta məktəblərdə, universitetlərdə tədris olunmalı, dövlət qulluğuna işə götürülənlər üçün test imtəhanlarında bu cavabı hər bir vətəndaşın bilməsi vacib şərtlərdən biri olmalıdır. Vətəndaş oturduğu kürsünün mahiyyətinin nə demək olduğunun fərqinə varmağı bacarmalıdır. Məmur vəzifədə millətin başı üstündə hakim yox, qul olmağı bacarmaldır. Bütün dövlət strukturlarına ciddi vətəndaş nəzarəti olmalıdır. Çox təəssüflər olsun ki, bu gün ölkədə mövcud olan KİV-lər ya iqtidarın, ya da müxalifətin maraqlarının ifadəçisinə çevrilib. Hətta bir sıra qəzetlər və saytlar bir sıra oliqarxların şəxsi maraqlarının tribunası kimi fəaliyyət göstərirlər. Bütün bunların Azərbaycan dövlətinə və xalqına aidiyyatı yoxdur. Bunu milli mətbuatımız adlandırmaq tamamilə yalnış siyasətdir. Ona görə də ümummilli fikir tribunası demək yox dərəcəsindədir. Bütün bunlara əməl olunmadıqca, hər kəs özü üçün fərdi şəkildə mücadilə aparacaq. Belə bir düşüncə tərzi müxalifətin, həm də zamanla iqtidarın dövlət qarşısında məsuliyyət anlayışının yoxa çıxması ilə müşahidə olunacaq. Qazanan tərəf isə, Azərbaycan torpaqları sayəsində özlərinə dövlət qurmuş ölkələr olacaq. Milli təsanüd əsərinə, bir daha diqqətlə baxmaq lazımdır. Orada irəli sürülən ideyalar dövlətimizin və hər birimizin mükəmməl gələcəyi deməkdir.
Elman Mustafazadə, Hollandiya, Avropa "Azərbaycanın Dostları" Cəmiyyətinin sedri
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda