Partiya sədrindən müxalifətlə işbirliyində olan məmurlarla bağlı şok açıqlama

img

24-06-2015 [13:12]



Şair Rüstəm Behrudinin Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ünvanını tənqidi fikirlər səsləndirməsi səs-küyə səbəb olub.

Bu barədə mia.az-a açıqlama verən MMP sədri Hafiz Hacıyev R.Behrudinin ona qarşı hücumunun arxasındakı qüvvələr barədə məlumatlı olduğunu deyib. 

Onun sözlərinə görə, Rüstəm Behrudi Bakı meri Hacıbala Abutalıbovun sifarişi ilə hərəkət edir: «Adının xalq şairi qoymuş, amma əslində saray şairi olan Rüstəm Behrudi heç vaxt mənə qarşı olmayıb. Hətta o vaxtiylə deyirdi ki, Elçiböəy hakimiyyətində ən yaxşı işlyən nazir Hafiz Hacıyev olub. Amma indii mənim üstümə gəlir. Düzü, mən heç kimdən çəkinmirəm, çadəcə, bu hücumların səbəbini hər kəslə paylaşmaq istəyirəm. Çünki mən nə zaman hakimiyyətdəki xəyanətkar məmurlardan danışıram, onların iç üzlərini açıb camaata göstərirəm o zaman mənə qarşı yürüş başlayır».

MMP sədri deyir ki, Binəqədidə baş verən yanğından sonra Bakının ağılsız meri barədə şok faktlar açıqlayandan sonra hədəfə sevrilib: «Bina yandı, 15 nəfər insanımızı itirdik. Bunun baiskarı Bakının ağılı olmayan meridir. Bu adamın tamahkarlığı, cinayətkar əməlləri o öoyda fəciəyə səbəb olmadı. Onun ağlı olsaydı, norma ladam kimi davranardı. O boyda insan tələfatına səbəb olub, sonra da gedib Bayılda villa sökdürür, özü də zurna-balaban çaldırır. Normal adam belə şey edər? Mən onun bütün əməllərini açdım. Oğlunun vəhabilərlə iş birliyini ifşa elədim. O da Rüstəm Behrudini üstümə göndərir. Bildiyiniz kimi, Rüstəm Behrudinin ona qohumluğu da çatır, bzü də çoxz yaxındırlar. Onun adına dəyəri yüz min manatla ölçülən obyektlər özəlləşdirib. Xalq şairi adlandırsa da, saray şairi olduğu hər kəsə bəllidir. Mən bu cür adamların iç üzlərini bilirəm, sadəcə olaraq, bəzi məqamlarda susuram. Bu o demək deyil ki, haqsızlıq edib camaatın həyatına qəsd edəcəklər, mən də susacam. Hacıbala Abutalıbov töərdiyi cinayət əməllərinə görə cavab veroməlidir. Bu adaman dəlilik kağızı var. Leninqradda məhz bu xəstəliklə bağlı xəstəxanada yatıb. Mən özüm ora alimdlik dərəcsi almışam, elmlər namizədiyəm. Daha bunlar kimi yalançı alimlərdən deyiləm. Ona görə də bunların hər zibilinə yaxşı bələdəm. Nəqədər dansalar da, əlimdə konkret faktlar var. Lazım olsa, mətbuatda da yayaram».

H.Hacıyev onu da nəzərə çatdırıb ki, Hacı Bala Abutalıboyun bu cür hərəkətləri onun radikal müxalifətlə iş birliyində olduğunu göstərir: «Əgər Rüstəm Behrudi Bakı merinin tapşırığı ilə məni hədəfə götürüb Cəmil Həsənlinin, Əli Kərimlinin yanında durusa, deməli, Hacabala Abutalıbovun özü radikallarla bir yerdədir. Amma bu xəyanətkarlar bir məsələni unudurlar ki, mən qardaşım İlham Əliyev və xalqımın yolunda canımdan keçməyə hazıram. Hər zaman öz haqq sözümü demişəm, bundan sonra da deyəcəyəm. Bu hakimiyyət, bu ölkə mənfur üqüvvələrdən təmizlənənə qədər mübarizəni davam etdirəcəyəm».



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA