Prezident Qarabağ qazisi ilə görüşdü

img

20-06-2015 [11:31]


Dünən Avropa Oyunlarında taekvondo üzrə qızıl medala sahib olan Radik İsayevə medalın təqdim olunması mərasimindən sonra prezident İlham Əliyev əlil arabasında olan fotoreportyor İlham Məhərrəmovla görüşüb.

Bu barədə İlham Məhərrəmov özü "facebook" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, prezidentin onunla görüşü tribunlarda olan tamaşaçılar tərəfindən də alqışlarla qarşılanıb.

Qeyd edək ki, Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərən fotoreportyor İlham Məhərrəmov fiziki sağlamlığını Qarabağ uğrunda gedən döyüşlərdə itirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA