Oqtay Əsədov Türkiyəyə gedir

img

18-06-2015 [17:12]


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin 9-cu prezidenti, mərhum Süleyman Dəmirəlin dəfn mərasimində iştirak edəcək

Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verilib. 

O, bildirib ki, Oqtay Əsədov bu gün axşam qardaş ölkəyə yola düşür.

Qeyd edək ki, Süleyman Dəmirəlin dəfn mərasimi şənbə günü keçiriləcək. O, doğulduğu İsparta vilayətində torpağa tapşırılacaq.

91 yaşlı Süleyman Dəmirəl iyunun 17-də səhər saatlarında ürək və tənəffüs orqanlarındakı çatışmazlıq səbəbindən dünyasını dəyişib. Onun ölümü ilə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA