Diplomat prezidentə üz tutdu: "Bu adamları cəzalandırın..."

img

18-06-2015 [14:46]


Avropa Birliyi yanında İslam Əməkdaşlıq Təşkilatını keçmiş təmsilçisi Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. 

Arif Məmmədov bu barədə öz "Facebook” səhifəsində qeyd edib. 

"Daha öncə mən sizə öz məktubumda bildirmişdim ki, Azərbaycan hökumətində müəyyən çevrəyə aid şəxslər Qərbin, Avropa Şurasının, Avropa Birliyinin xəyali sui-qəsdlərindən bəhs edirlər. Həmin adamlar bu dəfə səfirləri gündəmə gətirməklə öz vacibliklərini sübut etməyə çalışırlar”, - deyə Arif Məmmədov vurğulayıb. 

Keçmiş səfir ölkə başçısından kömək diləyib: "Cənab Prezident, bu adamlar sizin imicinizə zərər vurur və bilərəkdən dünyada ölkənin mənfi imicini yaradırlar. Siz bu adamları çox gözəl tanıyırsınız. Onlar sizin komandanın ən yaxşı kadrlarına hücum edirlər. Bu gün onlar başda xarici işlər naziri olmaqla ölkənin ən yaxşı diplomatlarını hədəf seçiblər. Əgər siz təcili qərar qəbul etməsəniz, onlar dayanmayacaqlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA