18-06-2015 [14:24]
...Hesabatların hazırlanması, təqdim edilməsi və onlara vaxtında baxılması üzrə yaranan problemlər bütövlükdə insan hüquqlarının müdafiəsi prosesinin kifayət qədər səmərəli olmaması ilə bağlıdır. Qeyd etdiyimiz kimi, 2002-ci il ildən bu prosesin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər müqavilə orqanlarının nəzarət funksiyasındakı boşluqdan xəbər verir.
2002-ci ildə BMT Baş Katibliyinin iştirakçı-dövlətləri bütün müqavilə öhdəlikləri üzrə bir yekun hesabat hazırlanması təklifini nəzərdə tutan "BMT-nin möhkəmləndirilməsi: gələcəyin yenidənqurma proqramı” qəbul edir. Bu sənədə uyğun olaraq, üzv-dövlətlər bütün müqavilə qurumlarına, Komitələrə təqdim edilərək bir yekun hesabat təqdim etməli idi. Hüquqların yekun hesabatla ümumiləşdirilməsi ilə bağlı təklif müxtəlif əks arqumentlərlə qəbul edilmir.
İnsan hüquqları üzrə Ali Komissarlığın 2003-cü ildə Malbunda keçirilən sessiyasında da yekun hesabatın təqdim edilməsi qəbul edilmir. Yekun hesabatın məqbul olmaması ilə bağlı fikirlər bildirilsə də, qərara alınır ki, yekun hesabatın hazırlanması istiqamətində işlər davam etdirilsin.
Digər müqavilə orqanları kimi, Komitə də hesabatlarla bağlı islahatın reallaşdırılması üçün BMT-nin insan hüquqları qurumları, o cümlədən BMT-nin Ali Komissarlıq İdarəsi ilə yaxından əməkdaşlıq edir. Belə əməkdaşlığın nəticəsi kimi, bütün müqavilə orqanlarının əməkdaşlığının illik birgə müqavilələrinin keçirilməsi qeyd edilə bilər. Bu müzakirələr zamanı hesabatlar üzrə səlahiyyət bögüsü, iştirakçı dövlətlərlə əlaqələrin daha yaxından koordinasiyasını ehtiva edəcək razılaşdırılmış sənədlər hazırlanmaqdadır.
İştirakçı dövlətlərlə müqavilə, orqanlar arasında hesabatların hazırlanması, təqdim edilməsi və baxılması üzrə qaydaların sadələşdirilməsində irəli sürülən təkliflərdən ən əsası iştirakçı dövlətlərin insan hüquqları üzrə bütün müqavilələri əhatə edəcək öhdəliyi ilə bağlı modul hesabatın hazırlanması təşkil edir.
Modul hesabatlar bütün konvensiyalar üçün ümumi olan əsas sənədlə və ayrı-ayrı konvensiyalar üzrə spesifik problemlə bağlı qısa hesabat üzrə xüsusi sənədin məcmusu kimi başa düşülür. Spesifik problem üzrə qəbul edilən qisa hesabat eyni zamanda Komitənin öncə qəbul etdiyi Yekun qərardan çıxış etməli və gələcək fəaliyyət üçün istiqamətlər də müəyyən etməlidir. 2004-cü ildən Komitələr arasında qəbul edilmiş ümumi razılığa görə ifadə etdiyimiz sonuncu variant qəbul edilmişdir.
Dövlətlərin hesabatları ilə bağlı konvension orqanların, eləcə də Komitənin fəaliyyətinin yaxşılaşdırılması üzrə müzakirələr genişləndikcə, yeni-yeni təkliflər də istisna edilmir. İrəli sürülən təklifləri qruplaşdırmalı olsaq, burada bir neçə istiqaməti qeyd edə bilərik.
Bir qism hüquqşünaslar hesab edirlər ki, komitələrin iş metodları təkmilləşdirilməli, digərləri həmin qurumların hüquqi statusunun dəyişdirilməsini, başqa bir mövqe bu sahədə daha əhəmiyyətli irəliləyişə nail olmaq üçün beynəlxalq məhkəmənin təsis edilməsini ifadə edir.
Nəzarət funksiyasını həyata keçirən konvension orqanların fəaliyyətindəki çatışmazlıqdan bəhs edərkən, V.A.Kartaşkin qeyd edir ki, onların işindəki təkrarçılıq, baxılmalı olan çoxsaylı məsələlərin ildən-ilə artması və onların növbəti sessiyalara keçirilməsi bu orqanların fəaliyyətsizliyi ilə əlaqələndirilməlidir. Bu mənada insan hüquqları sahəsində BMT orqanlarının fəaliyyətinin yenidən qurulmasına zərurət var. İfadə edilən fikirdən kifayət qədər vaxt keçsə də, bu məsələ hələ də öz aktuallığını saxlayır. Bunun da bir sıra siyasi xarakterli problem səbəbləri var. Xüsusən də, insan hüquqlarının beynəlxalq hüquqi müdafiəsinə əksər dövlətlərin biganə qalması, bu sahədə dövlətüstü mexanizmlərin təsisində dövlətlərin maraqlı olmaması qeyd edilə bilər.
İnsan hüquqlarının müdafiəsi üzrə hər dəfə beynəlxalq qrumların yaradılması meydana gəldikdə, əksəriyyət dövlətlər buna etiraz edirlər. Bu faktı nəzərə alaraq, məsələnin həllinə qeyri-hökümət təşkilatlarının cəlb edilməsi məqsədəuyğun sayılır.
Burada da problem var. Universal müqavilələrdən yalnız Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyası (m.45(a)) digər səlahiyyətli qurumlar kimi, QHT-ləri də nəzərdə tutur. Məsələnin həllində QHT-lərin roluna aydınlıq gətirilməlidir. Təəssüf ki , "dövlətlərin hesabatlarının hazırlanmasında və baxılmasında QHT-lərin rolu nəzəri baxımdan müəyyən edilməmişdir”. Bu mənada dövlətlərin hesabatlarının hazırlanmasında və baxılmasında QHT-lərin rolu beynəlxalq hüquqi baxımdan müəyyən edilməlidir.
Dövlətlərin hesabatlarına baxılması və onun hüquqi əhəmiyyət kəsb edən qərarla müşayət edilməsi üçün insan hüquqları üzrə vahid orqanın yaradılması ideyası da dəstəklənməkdədir. Bunun üçün mövcud universal müqavilələr sisteminin dəyişdirilməsi və ya XXI əsr üçün İnsan Hüquqları Xartiyasının qəbulu təklif edilir. Belə bir hal isə maliyyə, təşkilati tədbirlərlə müşayiət edilən ciddi məcəllələşdirmə prosesini tələb edir. Bu çətinliyi nəzərə alaraq, hesab edilir ki, vahid orqan yeni müqavilə əsasında deyil, beynəlxalq sazişlər əsasında yaradıla bilər.
İnsan hüquqları üzrə Komitənin, eləcə də digər konvension qurumların fəaliyyətində irəliləyişə nail olmaq üçün regional təcrübələri də nəzərə alaraq, insan hüquqları üzrə beynəlxalq məhkəmə təsisatının yaradılması da ifadə edilməkdədir.
Beynəlxalq hüquqşünaslardan T.Burgental bu ideyanın təşəbbüskarlarından olmaqla, bu sahədə bir-biri ilə sıx əlaqədə olacaq iki müqavilə orqanının və insan hüquqları üzrə BMT Məhkəməsinin yaradılmasını təklif edir. Onun fikrincə, komitələrdən biri yalnız dövlətlərin hesabatlarına, ikinci orqan isə fərdi şikayətlərə baxmalıdır. İnsan hüquqları üzrə Məhkəmə isə həmin komitələrin və üzv-dövlətlərin sorğuları əsasında insan hüquqları müqavilələri üzrə tövsiyə xarakterli rəy vermək səlahiyyətinə malik olmalıdır.
Qeyd edilən təkliflər konvenison qurumların fəaliyyətində qismən səmərəliliyi təmin edə bilən xarakterdədir. İştirakçı dövlətlər üçün yekun hesabatın qəbul edilməsi və vahid bir orqanın, eləcə də beynəlxalq məhkəmə qurumunun təsis edilməsi məsələnin həlli olmayacaq.
İnsan hüquqları Komitəsinin Pakt normalarını pozmuş dövlətlərə təsirindən danışarkən, Y.Brounli qeyd edir ki, Komitənin bu sahədə səmərəli təsir vasitəsi yoxdur. Mübahisəli məsələnin həlli nə məhkəmə, nə də kvaziməhkəmə xarakteri kəsb etmir. Bu məsələnin həllində Avropanın təcrübəsini, məsələn İşgəncələr üzrə Avropa Komitəsinin, həmçinin Avropa İnsan hüquqları Məhkəməsinin fəaliyyətini örnək göstərmək də uğurlu deyil. Avropa öz üzərində iki dünya müharibəsinin acılarını birbaşa yaşamış, demək olar ki, eyni hüquq sisteminə, çox yaxın siyasi, iqtisadi, sosial sistemə malikdirlər.
Problemin mürəkkəbliyini nəzərə alaraq hesab edirik ki, Komitə də daxil olmaqla digər konvension orqanların fəaliyyətində hazırda yalnız koordinasiyanı təmin etmək lazımdır. Komitənin dövlətlərin hesabatlarının hazırlanması və təqdim edilməsində QHT-lərin rolu yüksəldilməli və Komitə tərəfindən üzv dövlətlərin diqqətinə davamlı olaraq BMT Nizamnaməsinin 56-cə maddəsi çatdırılmalıdır. Pakt üzrə öhdəliklərin, o cümlədən öhdəliklər üzrə hesabatların təqdim edilməsi Pakta qəbul edilmiş yalnız Fakültativ Protokoldan deyil, BMT Nizamnaməsindən irəli gəlir.
Qeyd edildiyi kimi "İnsan hüquqları” üzrə dövlətlərin məsuliyyəti nəzarət haqqında qaydalardan deyil, qəbul edilmiş öhdəliklərin vicdanla yerinə yetirilməsini tələb edən və onların pozulmasına görə məsulliyyət nəzərdə tutan beynəlxalq hüquqdan irəli gəlir. Bu istiqamətdə nəzarət orqanlarının kvaziməhkəmə və məhkəməyə çevilməsi, prinsipcə, müasir dövrdə mümkün deyil. Komitə də daxil olmaqla, konvension orqanların BMT-nin əsas orqanlarına birbaşa çıxışı təmin edilməli, öhdəliklərini icra etməyən dövlətlərin bu qurumlarda açıq dinlənilməsi həyata keçirilməlidir. Komitənin fəaliyyətində iştirakçı dövlətlərin hesabatları ilə bağlı təkrarçılığa yol verməmək üçün onların yekun qeydlərinə bir-biri üçün presedent əhəmiyyət verilə bilər.
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib