«Cəmil Həsənli Fərhad Əliyevdən sifariş alıb aranı qatır» - Partiya sədri

img

17-06-2015 [16:00]



"Cəmil Həsənli kimi xəyanətkarların dediyi sözlərin heç bir əhəmiyyəti yoxdur, amma bu cür sarsaqlamalara cavab vermək lazımdır”.

Bu sözləri MMP sədri Hafiz Hacıyev mia.az-a Milli Şura sədrinin onun barəsində dediklərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Cəmil Həsənli və onun havadarları artıq öz iç üzlərini ortaya qomağa, qara yaxmağa başlayıblar: «Bu adamların kürkünə çoxdan birə düşüb ki, Hafiz Şacıyev hər zaman dövlətçiliyin keşiyində dayanıb. Özləri dövlətə, millətə xəyanət etdirlər, mən də bunun üstünü açıram, ona görə də mənə qarşı qərəzli mövqedə olurlar. Amma unutmasınlar ki, mən nəqədər varam, onların uğuru ola bilməz. Bu gün Cəmil Həsənli kimi xəyanətkar və satqınlar məni hədəf seçiblərsə, deməli, mən haq yolundayam və bu yoldan dönən deyiləm».

MMP sədri onu da nəzərə çatdırıb ki, Milli Şura sədri öz xislətini gizlədə bilməyib və hansı məzhəbə qulluq elədiyini faş edib: «Cəmil Həsənlinin məlum sayıqlaması qərəzindən və qorxusundan irəli gəlir. Amma bu adamlar bir şeyi unudurlar ki, əgər Azərbaycanda hakimiyyət dəyişikliyi olacaqsa, başqa biri hakimiyyətə gələcəksə, o adam mən olacağama. Bunu anlayan Cəmil Həsənli və xaricdəki sahibləri ona qarayaxma kampaniyasını sürətləndirməyi tapşhrıblar. Ona görə də donosların sayını artırırlar, hər gün bir yalan, yeni böhtan atırlar. Fikir verin, Azərbaycanın adını batıran, dövlətə xəyənət edən səfir Arif Məmmədov da, saxtqın Cəmil Həsənli də mənim adımı çəkir. Bu adamlar və arxalarında gücləri məni rəqib bilirlər. Guya mən hakimiyyətə işləyiroəm. Halbuki bu hakimiyyət məni ac-susuz qoyub, amma mən yenə də dövlətçiliyin keşiyindəyəm. Mən Cəmil Həsənli deyiləm ki, xırda şeylərə görə mövqeyimi dəyişim. Odur ki, burdan deyirəm ki, Cəmil Həsənli qaşınma, elə yağ sürtəcəm ki, rahatlanacaqsan. Mən sənin kimi yüz cildə girən deyiləm. Hakimiyyətiin nöqsanlarını məndən çox deyən yoxdu. Hacıbala Abutalıbovun əməllərini ifşa etdim. Hakimiyyətə işləsəydim, bu cür danışmazdım. Siz radikal olub nə etmisiz? Yüz yerə işləyən adamsız. Cəmil Həsənli Fərhad Əliyevdən sifariş alıb aranı qatır. Ona görə məsləhətim odur ki, sakitcə yerlərində otursunlar»

H.Hacıyev onu da nəzərə çatdırıb ki, Azərbaycan dövlətçiliyinin əleyhinə olanlar onu bütün vasitələrlə onu vurmağa çalışırlar: «Hələlik ayaqdayam, öz mübarizəmi də aparıram. Hakimiyyətdə olan bir qrup adam da bunlara qoşulub. Kimlər Cəmil Həsənliylə görüşüb. Əli Kərimləyi kim pul verilib, hamısını bilirəm. Cəmil Həsənlinin səvaiyyəsinə düşmək istəmirəm. Onun kimi ermənilərlə qohumluğum yoxdur. Yerində oturmasa, elə başa salacam ki, adam içinə çıxa bilməsin».



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA