Hafiz Haciyev ABŞ Səfirliyinin Siyasi İşlər üzrə Müşaviri ilə görüşüb

img

17-06-2015 [15:50]


Bu gün Müasir Müsavat Partiyasının sədrii Hafiz Haciyev Amerika Birləşmiş Ştatlarının Səfirliyinin Siyasi İşlər üzrə Müşaviri xanım Syuzan Çesli ilə görüşüb.

Bi barədə partiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, görüşdə qarşıdan gələn parlament seçkiləri və ölkədəki ictimai-siyasi vəziyyət geniş müzakirə edilib. 

MMP sədri həm ölkə daxili. həm də dünyada baş verən proseslərlə bağlı təmsil olunduğu partiyanın mövqeyini ifadə edib. Görüşdə qarşıdakı dövrdə əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib. Bundan əlavə, yaxin günlərdə ABŞ səfiri ilə də görüş planlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA