"Bu qalibiyyətlər münasibəti ilə İlham Əliyevi təbrik edirəm" - Partiya sədri

img

16-06-2015 [13:44]


"Bu dövlətimizin gərgin əməyinin nəticəsidir. Belə də gözləyirdim”.

Bunu Hafta.az–a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilk Avropa oyunlarında idmançılarımızın çıxışlarına münasibət bildirərkən deyib.

MMP sədrinin sözlərinə görə, bu uğurların qazanılması təkcə idmançıların məharəti deyil:
"Olimpia oyunlarında Azərbaycan idmançılarının uğurunu çox yüksək qiymətləndirirəm. Belə də gözləyirdim. Ümid edirəm ki, qızıl medalların ardı gələcək. Çünki hələ qarşıda 10 gündən artıq vaxt var. Bu mənim prezidentimiz İlham Əliyevin gərgin əməyi sayəsində baş verən qələbədir. Bu qalibiyyətlər münasibəti ilə İlham Əliyevi təbrik edirəm. İdmançılarımıza isə yeni – yeni medallarla bizi sevindirməsini arzu edirəm”.


Xatırladaq ki Azərbaycan medalların sayına görə, hazırda ilk Avropa oyunlarında liderdir. Millimiz bu vaxta qədər 13 medal qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA