“Prezidentə siyahı vermişik, 15 iyunda əfv sərəncamı gözləyirik” - Novella Cəfəroğlu

img

11-06-2015 [11:31]


"Biz siyahını hazırlayıb prezidentə vermişik, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi bütün şəxslərin adı bu siyahıda mövcuddur. Ölkəmizdə olan siyasi məhbusların azad olunması üçün əlimizdən gələn hər şeyi etməkdəyik. 15 iyun Qurtuluş Günündə əfv olacağını gözləyirik.”
Moderator.az-ın verdiyi xəbərə görə, bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu 15-iyun Qurtuluş Günündə ola biləcək əfv ehtimalları barədə danışan zaman deyib.
Qeyd edək ki, son günlər cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də, Qurtuluş Günündə ölkədə əfv olub-olmaması ilə bağlı aparılan müzakirələrdir. Bir çox hüquq müdafiəçiləri Azərbaycanda baş tutan Avropa Oyunları, eləcə də Qurtuluş Günü ilə əlaqədar olaraq 15 iyun tarixində əfv sərəncamının imzalanacağı haqda proqnozlar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA