"... özlərinin siyasi ambisiyalarını irəli sürürlər" - Abbas Abbasov

img

10-06-2015 [11:50]


"Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün məni Bakıya heç kəs dəvət etmədi. Dəvətsiz yerə isə getmək olmaz”.

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan baş nazirinin sabiq 1-ci müavini, adı son zamanlar "Azərros” təşkilatı ilə qalmaqalda hallanan Abbas Abbasov deyib.

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (Azərros) "azerros.ru” saytının müxbiri Tiana Besnyakın suallarına cavab verən Abbasov I Avropa Oyunlarına görə Azərbaycana edilən qarayaxma kampaniyasından da söz açıb: "Onlar Azərbaycana və xalqımıza həsəd aparırlar. Bu baxımdan hücuma keçiblər. Elə Soçi şəhərində keçirilən Qış Olimpiadasını misal çəkmək olar. O zamanlar da Rusiyanı sərt tənqid edirdilər. Bu tarixi faktlardan isə qaçmaq qeyri-mümkündür. Təəssüflər olsun ki, bir çoxları idmanın adından istifadə edərək, özlərinin siyasi ambisiyalarını irəli sürürlər”.

Abbas Abbasov Azərbaycanda idmanın inkişafından da danışıb: "Azərbaycanın məqsədi idmanı inkişaf etdirməkdir. Bu isə istənilən ölkədə normal haldır. Rusiyada yaşayan azərbaycanlılar tarixi vətənimizdə keçirilən bu mötəbər yarışda öz idmançılarımıza azarkeşlik edəcək. O cümlədən, Rusiya idmançılarının uğurlarına da sevinəcəyik”.

Azərbaycan baş nazirinin sabiq 1-ci müavini müsahibəsində Rusiya-Azərbaycan münasibətlərinə də toxunub: "Bu iki ölkə arasında sıx dostluq əlaqələri var. Azərbaycan prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsinin 70-ci ildönümündə Moskvaya gələrək hərbi paradda iştirak etmişdi. İndi isə Rusiya prezidenti Vladimir Putin I Avropa Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya gedəcək. İki qonşu ölkə bir-birini dəstəkləyir. Bu isə bizi çox sevindirir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA