"... heç nəyə nail ola bilməyəcəklər" - Partiya sədri

img

08-06-2015 [20:07]


"Əli Kərimli məntiqsiz, savadsız, burnunun qabağını görməyən insandır. İdmanı siyasətlə qarışdırmaq olmaz. Bu gün ölkəmizdə böyük idman yarışına hazırlıq gedir. Ona görə də Azərbaycanı gözü götürməyən ölkələr, bu günə kimi çörəyimizi yeyənlər xoşa gəlməyən çağırışlar edirlər”.

Sözügedən fikirləri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimlinin nəzarətində olan "Azadlıq” qəzetinin qeyri-ciddi ittihamlarla çıxış edərək, erməni bayrağının "Atletlər Kəndi”ndə dalğalanması ilə bağlı dövlətə qarşı ittihamına münasibət bildirərkən deyib.

MMP sədri bu cür əməllərin arxasından Əli Kərimlinin adının çıxmasına təəccüblənmədiyini deyib: "Bunların hamısı Kərimov Əlinin əmməllərindən qaynaqlanır. Bu adamın ildə bir dəfə, yaz vaxtı gicişmə vaxtıdır. Ona görə də yenə gicişir, qaşınır. Kərimov Əlidən soruşmaq lazımdır ki, niyə onun müdafiə etdiyi ölkənin – Ermənistanın bayrağı Bakıda dalğalanır?! Gərək o buna sevinə ki, həyat yoldaşının qohumları gələcək Bakıya! Azərbaycan I Avropa Oyunlarında ölkələr arasında seçim etmir. Belə ki, idmanda dost-düşmən amili yoxdur. Azərbaycan idmançıları da dəfələrlə Ermənistanda bayrağımızı dalğalandırıb. Biz çalışmalıyıq ki, bütün təhlükəsizlik qorunsun və Azərbaycan idman tarixinə öz səhifəsini yazsın”.

MMP sədri daha sonra bildirib: "Düzdür bəzi xoşagəlməz nöqsanlar mövcuddur. Dövlət başçımızın lazımı tapşırıqlarına əsasən nöqsanların aradan qaldırılması üçün işlər görülür, islahatlar aparılır. Bəzi xırda nöqsanlardan yapışıb özünü demokratik göstərmək istəyən Əli Kərimli car çəkmək əvəzində milli maraqlara xidmət etsə daha yaxşı olar. Müxalifətçi də olanda ədalətli olasan gərək. Ədaləti, haqqı danmaq heç bir halda doğru sayılmır. Hesab edirəm ki, bu insanlar nə etsələr də, nə bəyanatlar səsləndirsələr də, heç nəyə nail ola bilməyəcəklər. Əksinə, özlərini biabır edəcəklər. Başda Kərimov Əli olmaqla”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA