HDP-nin azərbaycanlı deputatı: “Məqsədim kürdlərlə azərbaycanlıların qardaşlığını təmin etməkdir”

img

08-06-2015 [19:08]


Türkiyədə son parlament seçkilərində İğdırdan azərbaycanlı Kıznas Türkeli HDP-nin namizədi olaraq millət vəkili seçilib.

Strateq.az azərbaycanlı millət vəkili barədə bir sıra məlumatları araşdırıb.

1962-ci ildə İğdırın Mələkli kəndində dünyaya göz açan Türkeli ailədəki 10 uşaqdan 7-cisidir. Uşaq vaxtı orta  təhsilini tamamlaya bilməyən yeni deputat sonralar İstanbulda diplom ala bilib. Hələ gənc yaşlarından solçu dairələrə qoşulan Kıznas Türkeli 16 yaşından İstanbula gələrək böyük bacısının evində yaşayıb. Bir çox fabriklərdə işləyən Kıznas 1992-ci ildə Topkapıda siyasi vərəqələr yayarkən həbs edilib. Altı ay həbsxanada yatıb. Bir övladı var. Hazırda kiçik sahibkardır.  

K.Türkeli mediya verdiyi açıqlamada bildirib ki, HDP-dən namizəd olmaq təklifini böyük sevinclə qəbul edib.

"Bu təklifi tərəddüdsüz qəbul etdim. Əsas məqsədim millət vəkili kimi azərbaycanlılarla kürdlərin arasında dostluq və qardaşlıq körpüsünü qurmaqdır. Bu körpünün sağlam təməllər üzərində inşa etməmiz  Azərbaycan xalqını millətçi təbəqənin nəzarətindən xilas etməyə, xalqlarımız arasında qardaşcasına birliyin yarana bilməsi üçün fürsət verəcək. Deputat mandatıma AKP iqtidarına qarşı mübarizə üçün bir kürsü kimi baxıram”, - deyə millət vəkili bildirib.   

kiznas.jpg

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA