"Bu faktorlardan siyasi şantaj kimi istifadə etmək..." - AMİP-dən açıqlama

img

08-06-2015 [15:49]


"Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının boykot edilməsi çağırışlarını düzgün hesab etmirəm. Əvvəla, idmanı siyasətdən kənar tutmaq lazımdır. İdman sülh və dostluqluqdur, həmçinin geniş əlaqələrin qurulması üçün bir vasitədir, sağlam rəqbətdir, mübarizədir".

Bu sözləri Strateq.az-a açıqlamasında AMİP Siyası Şürasının üzvü Əli Oruclu deyib.

Onun sözlərinə görə, müharibə vəziyyətində olan Azərbaycanın bu imkandan yararlanması xeyrimizədir:

"Beynəlxalq aləmdə dostumuz və müttəfiqlərimiz nə qədər çox olarsa, özümüzü nə qədər yaxş tanıdıb təbliğ edəriksə, mövqelərimiz bir o qədər də güclü olar. Doğrudur, ölkədə həlli vacib kifayət qədər problemlər var.

Məsələn, siyasi baxışlarına görə həbsdə yatan vətəndaşlarımzın tezliklə azadlığa buraxılması, hamımızın arzusudur. Amma bu faktorlardan siyasi alət və şantaj vasitəsi kimi istifadə, yaxud da şərt qoyulması qəbuledilən deyil. Məncə, Azərbaycan hakimiyyəti də inadkarlıq etməməli, humanistliyini oyunqabağı dünyaya göstərməlidir...".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA