"HDP lideri riskə getdi və uddu..." - Ekspert səbəbi açıqladı

img

08-06-2015 [13:39]


"Xalqların Demokratiya Partiyasının (HDP)  lideri Səlahəddin Dəmirtaşı bəyənək və ya bəyənməyək, bu siyasətçi çox uğurlu seçki kampaniyası həyata keçirdi və seçkinin əsas qailibi odur".

Mia.az xəbər verir ki, bunu siyası ekspert Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, 2011-ci il parlament seçkilərində kürdlərin partiyası toplam 6 faiz səs toplamışdı və parlamentə müstəqil deputatlar kimi qatılıb qrup formalaşdırmışdılar:

"Bu dəfə isə səslərini ikiqat artıraraq həm partiya kimi parlamentə düşdülər, həm də millət vəkillərinin sayı 44 nəfər artdı. Dəmirtaş prezident seçkisinə ona görə qatılmışdı ki, gələcək parlament seçkisində partiyasının 10 faizlik həddi keçib-keçməyəcəyini yoxlasın. Dəmirtaş prezident seçkisində 9.76 faiz səs toplamışdı.Bu nəticə Dəmirtaşa seçkiyə partiya kimi qatılmağa həvəsləndirdi, risq idi, çünki 10 faizin altında qalsaydı parlamentdə 1 millət vəkili belə olmayacaqdı. Risqə getdi və 80 millət vəkili yeri qazandı".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA