İsa Qəmbər saxta arayış qalmaqalından yazdı: "Ad çəkin!"

img

05-06-2015 [14:15]


Müsavat Partiyasının keçmiş  başqanı  İsa Qəmbər saxta partiya bileti ilə bağlı  yaranmış qalmaqala münasibətini bildirib.

Strateq.az bildirir ki, sosial şəbəkədə status yazan İ. Qəmbər  Müsavatdan  siyasi mühacir statusu almaq istəyənlərə pul müqabilində arayış verməkdə ittiham edən şəxsin - Elnur Mirzəyevin açıqlamasına toxunub:

"Yazıda ən çox diqqətimi çəkən Elnur Mirzəyevin bu sözləri oldu: "Və məni partiyaya apardılar, orda qapıda gözlədim. Sonra da mənə bildirildi ki, məsələ bir-iki günə həll olunacaq. Dedikləri kimi də oldu. İki gündən sonra mənə zəng gəldi ki, hazırdı. Və mənə bilet, Müsavatın nizamnaməsi, himni və strukturları haqda bir qovluq verdilər. "...apardılar, ...bildirildi, ...zəng gəldi, ...qovluq verdilər...".

Kim??? Kimlər???

Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA