Prezident İlham Əliyev fərman verdi -DƏYİŞİKLİK

img

04-06-2015 [16:37]


Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanun "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar imzalanıb.

Sənədə əsasən, Əmək Məcəlləsinin 1-ci əlavəsi olan "Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.3-cü bəndində dəyişiklik edilib. Bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

Qeyd edək ki, indiyədək əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA