"Avropa Oyunları ərəfəsində həmrəylik nümayiş etdirməliyik" - Partiya sədri

img

04-06-2015 [15:52]




"Birinci Avropa Oyunları ərəfəsində radikal müxalifətin ölkədə ara qarışdırmaq istəyi xəyatəndən başqa bir şey deyil”.

Bu barədə Mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, Avropa Oyunları ərəfsində radikal müxalifətin qarışıqlıq yaranmasını istəməsi, mitinqlər təyin etməsi mili maraqla ziddir.: «Bu adamlar həmişə mili maraqlarımıza zidd addımlar atırlar. Xaricdən sifariş gələn kimi düşürlər ortaya. Ancaq burada hakimiyyətdə təmsil olunan bəzi məmurların da rolu var. Onlar ekstermal situasiyalarda hakimiyyətə, onun başında dayanan İlham Əliyevə xəyatən etmək yolunu tuturlar. Bu saat insanları narızı salmaq kimə lazımdır? Prezident dəfələrlə insanlarla mülayim rəftar etməyi, onların qulluğunda dayanmağı tələb edib. Amma bəzi harın məmurlar sanki qəsdən narızılığın böyüməsini istəyirlər. Hakimiyyətdə təmsil olunanlar radikal müxalifət nümayəndələrinin əliylə qarışıqlıq yaratmağa çalışırlar. Halbuki Avropa Oyunları ərəfəsində həmrəylik nümayiş etdirməliyik».

MMP sədri onu da bildirib ki, hakimiyyətdəki həmin şəxslər bu gün də öz mənfur əməllərini davam etdjirirlər. Onun sözlərinə görə, yanğın hadisəsində də, villaların sökülməsi prosesində də bunun şahidi olduq.

Hafiz Hacıyev son günlər AXCP və Müsavatda baş verən istefalara da münasibət bildirib. Partiya sədri deyib ki, hər iki partiya məhvə məhkumdur və istefalar bundan sonra da davam edəcək. «AXCP, Milli Şura xaricdəki havadarlarından pul alıb mitinq keçirirlər. Müsavat da dünyaya car çəkir ki, Avropa Oyunları ərəfyəsində bura gəlməyin. Görünür, bunların sahibləri düyməni basıblar. Diqqət edirsinizsə, gedənlərin hamısı narazıdır. Əli Kərimlidən narazı qalanların açıqlamalarına diqqət edin, bir müddət əvvəl mənim dediklərimi təkrarlayırlar. Onlar bütün bu əməllərinə görə, xarici qüvvələrdən pul alırlar. Kimə pul çatmırsa, səs-küy salıb istefa verirlər. Mən bir daha bütün siyasi qüvvələrə müraciət edirmə ki,Avropa Oyunları ərəfəsində bu əməllərinə son qoyub həmrəylik nümayiş etdirsinlər», - deyə HÖHacıyev fikrini tamamlıyıb.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA