“Reproduktiv sağlamlıq və ailə planlanması” - Siyəzəndə tədbir

img

04-06-2015 [15:09]


Azərbaycan Respublikası "Qadın və İnkişaf” Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Reproduktiv sağlamlıq və ailə planlanması sahəsində regionlarda maarifləndirmə tədbirlərinin keçirilməsi” mövzusunda layihə həyata keçirilir. 

Mia.az-a verilən məllumata görə, layihə çərçivəsində Quba, Siyəzən, Salyan, Şamaxı və Hacıqabul rayonlarının müxtəlif qəsəbə və kəndlərini əhatə etməklə maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır. 

Təşkilat tərəfindən həyata keçirilən layihənin əsas məqsədi əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlanması – yalnız arzuolunan körpələrin doğulması, cinsi yolla yoluxan xəstəliklər və onlardan qorunma yolları, sağlam gənclik və s. mövzularda icma səviyyəsində maarifləndirmə işi aparmaqla reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə abortlarının sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır. 

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası "Qadın və İnkişaf” Mərkəzi sədri Pərvin Məmmədova  açaraq mövzunun aktuallığını diqqətə çatdırmış, belə bir layihənin Siyəzən rayonunda keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Siyəzən Rayon İcra hakimiyyətinə minnətdarlığını bildirmişdir.

P. Məmmədova iştirakçılara qadın və uşaqların sağlamlığı, yoluxucu xəstəliklər, xüsusilə də İİV/QİÇS xəstəliyi və fəsadları, bu xəstəlikdə qorunma üsulları, reproduktiv sağlamlıq, ailə planlanması, yalnız arzuolunan körpələrin doğulmasının zəruriliyi haqqında məlumatlar verilmiş, icma səviyyəsində maarifləndirmə işinin aparılması uşaq və qadınların sağlamlıqlarının qorunmasına, erkən nikahların, abortların qarşısının alınmasına, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və onların biliklərinin artırılmasına xidmət etdiyini vurğulamışdır.

Tədbirdə Siyəzən rayon icra hakimiyyətinin başçısının müavini  Təhminə Bəxtiyarova çıxış edərək, bu cür maarifləndirmə tədbirlərinin rayonlarda keçirilməsini müsbət qiymətləndirmiş, ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar, bu istiqamətdə rayonda görülən işlər barədə məlumat vermiş, rayonda bu sahədə mövcud vəziyyətlə bağlı çıxış etmişdir.

"Reproduktiv sağlamlıq və ailə planlanması” mövzusu ətrafında iştirakçılar arasında fəal müzakirələr aparılmış, bu kimi tədbirlərin rayonlarında keçirilməsinin əhəmiyyətini, həmçinin sağlam körpələrin doğulmasına, ana və körpə ölümünün azalmasına, orta ömür göstəricilərinin yüksəldilməsinə nail olmaq üçün səhiyyə xidmətlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd etmişlər.

Artıq layihənin icrası ilə bağlı Quba rayonunda maarifləndirmə tədbirləri həyata keçirilmişdir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA