XİN rəsmisindən "üsyan" xəbərinə cavab: "Hər zaman sadiqəm"

img

04-06-2015 [11:41]


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun məmurlar haqqında bəyanatını Azərbaycan dövləti əleyhinə addım kimi dəyərləndirilməsinin ardıycan, Xarici İşlər Nazirliyinin (XİN) bir sıra əməkdaşı, o cümlədən mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin haqqında xidməti təhqiqat başlandığı xəbərinə cavab gəlib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu iddiaya münasibət bildirib.
 
O, modern.az saytına açıqlamasında deyib ki, hazırda Azərbaycan üçün mötəbər bir tədbir olan Avropa Oyunları ilə bağlı hazırlıq prosesində iştirak edir.
 
"Avropa Oyunları hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Mən Xarici İşlər Nazirliyindəki 15 illik fəaliyyətim dövründə həmişə dövlətimizə, prezidentimizə və xalqımıza sadiq olmuşam və əməllərimlə bunu sübut etməyə çalışmışam. Hər birimiz ölkə rəhbəri ətrafında sıx birləşməliyik”,-deyə Hikmət Hacıyev bəyan edib.

 
XİN təmsilçisi Arif Məmmədovun Binəqədidə baş vermiş yanğın hadisəsinə görə Azərbaycan məmurlarını sərt şəkildə tənqid etməsi ilə bağlı məsələnin araşdırıldığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA