8 partiya yığışdı - Mitinq komitəsi yaratdılar

img

03-06-2015 [17:39]


Bu gün "Azadlıq - 2015" seçki bloku nun Sədrlər Şurasının iclası olub.

Mia.az xəbər verir ki, iclasda KXCP, Azadlıq, BAP,  VİP, ALDP, Aydınlar partiyası, Az.DP, AXP sədrləri iştirak edib.

Toplantıda ictimai- siyasi vəziyyət və "Azadlıq-2015" seçki blokunun vəzifələri müzakirə edilib və müvafiq qərarlar qəbul edilib:

"Avqust ayında seçki blokunun kütləvi aksiyalara başlaması ilə bağlı müzakirələr aparılıb və Mitinq Komitəsinin yaradılması haqqında qərar qəbul edilib. Mirmahmud Mirəlioğlu və Pənah Hüseyn rəhbərliyi altında Mitinq Komitəsi formalaşdırılıb".

Toplantıda Azad Demokratlar Partiyasının qeydiyyatının ləngiməsi ilə bağlı narahatlıqlar ifadə edilib və bunla bağlı  bir daha hakimiyyət orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA