“Fərhad Əliyev Azərbaycanda yaşamasa da,..." - Qardaşı danışdı

img

03-06-2015 [16:11]


"Fərhad Əliyev Azərbaycanda yaşamasa da, o, Avropadan sığınacaq almayıb. Yalandan yazırlar, deyilənlər doğru deyil”.

Bunu Azvision.az-a açıqlamasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Əlövsət Əliyev deyib.

O, qardaşlarının Almaniyadan sığınacaq alması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

"Mən Cəlilabadın Alar kəndində yaşayıram. Adi insanam. Qardaşlarım barədə hər gün bir məlumat yazırlar. O, yazılanların heç birini oxumuruq. Siz də inanmayın, yalan məlumatlardır. Qardaşlarım sığınacaq almayıblar”.

Qeyd edək ki, Rafiq və Fərhad Əliyev 2013-cü ilin oktyabr ayında prezidentin sərəncamı ilə əfv olunublar. Əliyev qardaşlarının hazırda Avropada yaşadığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA