Rusiyanın Qarabağ planı - Nazir "tərpəniş"dən xəbər verdi

img

01-06-2015 [15:49]


"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətində aparılan danışıqlarda tərpəniş etmək istəyir". 

Mia.az Anspress-ə istinadən xəbər verir ki, bu sözlәri Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiçlә görüşdәn sonra keçirilәn mәtbuat konfransında deyib.

O bildirib ki, bu irəliləyişin necə olunacağı hələlik dəqiqləşməyib. Nazir əlavə edib ki, növbəti görüşlərdə bu məsələ müzakirə olunacaq və danışıqların istiqaməti müəyyən olunacaq: 

"Ola bilsin ki, yaxın vaxtarda həll üçün görüş olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu, Minsk qrupu formatı çərçivəsində olacaq. Tək Rusiya deyil, Fransa və ABŞ da danışıqlarda fəal iştirak etməkdə maraqlıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA