Nurəddin Məmmədli: "Kənarda müxalifətçi yoxdur ki, əməkdaşlıq edək"

img

18-02-2015 [20:03]


"Dəfələrlə qeyd etdiyimiz kimi, mövcud durumda bizim bloklaşma fəaliyyətimiz yalnız Milli Şura çərçivəsində mümkündür". 

Bu fikirləri mia.az-a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli səsləndirib. AXCP yetkilisi hesab edir ki, bu gün öz fəaliyyəti ilə müxalifətçilik standartlarına cavab verən bütün təşkilatlar Milli Şurada təmsil olunublar: "Kənarda müxalifətçi yoxdur ki, əməkdaşlıq edək. Əgər demokratik seçki keçirilsə, Milli Şuranın çox yüksək uğur qazanmasına heç bir şübhəm yoxdur. Çünki xalqımızın uzun illərdir ki, gözlədiyi 2 qütblü siyasi sistem məhz Milli Şuranın yaranması ilə başa çatdı. Yəni, bir qütbdə hakimiyyət, digər qütbdə isə Milli Şuradır. Psevdomüxalifət yalnız antidemokratik seçkilərdə hakimiyyətdən pay ala bilərlər, seçilə bilməzlər".
mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA