AXCP üzvü ilə baş redaktor arasında əlbəyaxa dava olub

img

18-02-2015 [12:18]


"Asiya İnformasiya Agentliyi”nin rəhbəri Cəfər Cəfərovu AXCP-çilərdən təzyiq edilir.

Asiya.az heç bir siyasi partiyanın üzvü olmadığını bildirən Cəfər Cəfərovu-un öz Feysbuk səhifəsində paylaşdığı açıqlamanı təqdim edir:

"Öncədən bildirim ki, heç bir siyasi partiyanın üzvü deyiləm və heç bir siyasi lideri dəstəkləmirəm. Daha çox ictimai işlərlə məşğul oluram. Rəhbərlik etdiyim "Asiya İnformasiya Agentliyi”ndə də bu prinsip qorunur. İqtidarı, müxalifəti dəstəkləyən çox sayda dostlarım var. Hər zaman onların fikrinə hörmətlə yanaşmışam.

16 fevral 2015-ci il tarixində gecə saat 01:00 radələrində Feysbuk səhifəmə "Ulviyye Ulutürk” adlı istifadəçidən dostluq təklifi gəldi. Ondan kimliyini soruşdum? O mənə AXCP-nin üzvü olduğunu bildirdi və tanışlıq üçün öz şəkillərini göndərdi. Daha sonra hansı partiyanın üzvü olduğumu, muxalifəti yoxsa iqtidarı dəstəklədiyimi soruşdu. Ona heç bir partiyanın üzvü olmadığımı və heç bir siyasi lideri dəstəkləmədiyimi bildirdim. Sonra Əli Kərimli haqqında müzakirələrimiz oldu. Ülviyyə Hakimiyyətin sona çatdığını və mənim kimilərin əldə-ayaqda qalacağın bildirdi. Bizim tanışlığımızın mübahisəyə, daha sonra təhqirə keçdiyini gördükdə onu "blok” etmək məcburiyyətində qaldım.


Ülviyyə Ulutürk daha sonra mənim şəklimi öz səhifəsində paylaşaraq, haqqımda nalayiq sözlər yazaraq dostalarından da məni təhqir etməyi xahiş edir. Ülviyyənin dostluğunda olan"Elcin Hasanov”, "Məmmədalıyev Allahverdi”, "Yaşar Xanlaroglu”, "Shamistan Şh Hazi”, "Araz Kankurt”, "Seyran Agazade”, "Famil Eliyev”, "Hasan Saftarli”, "Cavanshir Aqayev”, "Rauf Novruzov”, "Rusif Huseynov”, "Ülkər Kazimova”, "Elshen Sabiroğlu”, "Cəmil Camal Məhəddinov”, "Elmeddin Memmedov”adlı Feysbuk istifadəçiləri öz şərhlərində mənə qarşı təhqiramiz sözlər işlədiblər.

Səhər saat 09:00-da Feysbuk profilimə baxanda " Elcin Hasanov” adlı istifadəçidən mənə mesaj gəldiyini gördüm. O mənə ”Əli Kərimli ilə problemin varsa mənimlə harda istəsən görüşə bilərsən. Daha kişiliyini qızlara niyə göstərirsən? ” mesajını yazmışdı. Ona, kimsəylə problemim olmadığını yazdım. Sonra Elçin telefon nömrəmi istədi, mənimlə danışmaq istədiyini yazdı. Ona öz telefon nömrəmi yazdım. E.Həsənov zəng edərək, harda yaşadığımı soruşaraq mənimlə görüşmək istədiyini bildirdi. Elçinə yaşadığım ünvanımı dedim. Daha sonra zəng edərək evimizin yaxınlığında olduğun bildirdi. Ardıcıl bir neçə dəfə zəng etdikdən sonra onunla görüşmək qərarına gəldim. Elçinlə Q.Qarayev metrosunun yaxılığında "Təbriz” kinoteatrının qarşısında görüşdüm. O mənə K/T-ın arxasına keçməyimizi təklif etdi. Elçin onun haqqında xəbər saytlarda gedən tənqidi yazıların müəllifinin kim olduğunu məndən soruşdu. Bu yazılardan xəbərsiz olduğumu bildirdim. Sonra Ülviyyə Ulutürklə yazışmağımın "razborka”sına başladı. Əlindəki küt alətlə mənə vurmaq istədikdə onu yerə yıxdım və qarşılıqlı bir-birimizə zərbələr vurduq. Yaxınlıqda olan tanımadığım sakinlər bizi ayırdılar. Mən hadisə yerindən gedərkən Elçin arxadan mənə cumub kurtkamı cırdı. Mən yenidən Elçini yerə yıxdım. Sonra həmin yerdən uzaqlaşdım. Təqribən yarım saat sonra Nizami rayonu 25-ci polis bölməsindən mənə zəng gələrək haqqımda şikayyət olduğunu bildirdilər və məni polis bölməsinə dəvət etdilər.

Nizami rayon polis idarəsinin 25-ci polis bölməsinə gələndə Elçin Həsənovu burda təhqiqatçı otağında ərizə yazdığını gördüm. O öz ərizəsində, "Qara Qarayev” metrosunun yaxınlığında siyasi fəaliyyətinə görə tanımadığı şəxslər tərəfindən döyüldüyünü qeyd etmişdi. Polis təhqiqatçısı mənimdə izahatımı aldıqdan sonra bizi sərbəst buraxdı.

Sonradan Elçin və dostları mənim ünvanıma davamlı təhqiramiz mesajlar, statuslar yazmağa başladılar. Bu təhqirlər hələ də davam edir. Onlar baş verən hadisəni siyasiləşdirməyə çalışırlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA