"Elə bilsinlər ki, bir il pul yığmayıblar" - Partiya sədri

img

17-02-2015 [16:41]


"Məmurlar bu vaxta qədər yığdıqlarından bir az xərcləsinlər ki, problem yaranmasın".

Bu fikirləri Aktual.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, seçki ilində manatın məzənnəsinin düşməsi xalqımıza mənfi təsir edəcək:


"İnsanlarımızın, dövlətimizin bu problemdən əziyyət çəkməməsi üçün, düşünürəm ki, bəzi məmurlar yığdıqları pullardan bir az xərcləsinlər. Zəhmət çəksinlər elə bilsinlər ki, bir il pul yığmayıblar. Fond yaratsınlar, hərəsi bir milyard versə, bəsdir. 20-30 ildir vəzifədə olan məmurlar var ki, indiyə qədər kifayət qədər yeyiblər, yığıblar. İndi də bu vəziyyətdə dövlətə kömək etsinlər. Gedib bahalı ölkələrdə istirahət edib otellərə milyonlar xərcləryirlər. Elə düşünsünlər ki, bir il istirahət etməyiblər. Bəziləri bu fikirləri deməyə qorxur. Ancaq millətini sevən insan kimi, mən bu təklifi edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA