Səfir Putinin Qarabağ həmləsindən danışdı

img

16-02-2015 [18:11]


"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın roluna böyük ümidlər bəsləyir. Mən bunu hiss edirəm".

Bu sözləri RİA Novosti agentliyinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. 

"Münaqişə tərəflərinin Mnisk qrupu üzvləri olan digər dövlətlərlə Rusiya ilə olduğu kimi yaxın münasibətləri yoxdur. Ancaq Rusiya qüdrətli dövlət deyil. Rusiya hansısa tərəfə təzyiq, əmr edərək problemi həll edə bilməz. Hər şey daha mürəkkəbdir. Həll yolu münaqişə tərəfləri arasında əldə olunmalıdır. Biz tərəflərə yalnız kömək edə bilərik. Biz kömək etmək istəyirik və buna cəhd edirik", - deyə Doroxin bildirib. 

Səfir bildirib ki, Rusiya Qarabağ münaqişəsinin ədalətli həlli üçün bundan sonra da səylərini davam etdirəcək(Ans)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA