Elmar Məmmədyarov məhkəməyə verildi

img

16-02-2015 [13:57]



 

Azərbaycanın Xarici İşlər Nazirliyi və bu nazirliyin rəhbəri Elmar Məmmədyarov məhkəməyə verilib.

Bu barədə Mia.az-a verilən məlumata görə, naziri məhkəməyə cəlb eləyən sözügedən nazirliyin sabiq əməkdaşı Azad Məmmədağa oğlu Həsənovdur. Azad Həsənovun bu addımı atmasına səbəb isə işdən qanunsuz azad edilməsidir:

«Azad Həsənov məhkəməyə müraciət edərək, işə bərpa edilməsini, hər buraxılan günə görə əmək haqlarının hesablanması və vurulmuş mənəvi zərəri tələb etməyə başlayıb. Lakin Xarici İşlər Nazirliyinin sabiq əməkdaşının iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə tərəfindən rədd olunub. Azad Həsənov isə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib».

Məlumata görə, Azad Həsənovun  şikayəti artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraata qəğul olunub: «Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşının şikayətinə sözügedən məhkəmədə hakim Ülvi Mayılovun sədrliyi ilə fevralın 18-də baxılacaq».


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA