Abbas Abbasovdan son həmlə - baş nazirin sabiq müavininə son mesaj verildi

img

16-02-2015 [13:54]


Rusiyada soydaşlarımızın tanınmış təşkilatlarından sayılan "AzərRos”da baş verən qalmaqallar günü gündən ortaya yeni mənzərə çıxarır. Belə ki, təşkilatda Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov tərəfdarları ilə hazırkı rəhbərlik üz-üzə dayanıblar

Vəziyyət o həddə çatıb ki, Abbas Abbasov artıq açıq şəkildə nüfuzlu soydaşlarımızla, həmçinin Azərbaycanın Rusiyadakı səfirliyinə qarşı da kəskin mövqe sərgiləməyə başlayıb. Bu isə soydaşlarımız tərəfindən normal qəbul olunmur. Elə bir neçə ay bundan əvvələ qədər Abbas Abbasovla yeni sırada addımlayan təşkilatın fəxri prezidenti Söyün Sadıqovun da atdığı addımlar belə düşünməyə əsas verir. Hazırda o, Abbas Abbasovun hərəkətlərinə nəinki dəstək verir, hətta ona qarşı açıq şəkildə çıxır.

Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, Söyün Sadıqov Abbas Abbasovun son əməllərindən, xüsusiylə onun nüfuzlu soydaşlarımızın biznes fəaliyyəti ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına şikayətlər etməsi və nəzarətindək mediada yazdırılan təhqirlərdəm həddən artıq narazıdır. Hətta bunlara görə Azərbaycan tərəfinin israrına rəğmən, Abbas Abbasov onun tərəfdarları ilə barışmaq niyyətində olmadığını hər addım da göstərir. Lakin təşkilatın fəalları onu sakitləşdirərək, Abbas Abbasovun tərəfdarlarına son dəfə şans verməyi məqbul sayıblar. Elə bir neçə gün əvvəl onun Rusiya mediasında  yayımlanan müraciəti də, Abbasovun tərəfdarına son çağırışdır.

Qeyd edək ki, Söyün Sadıxov Rusiya mətbuatında təşkilatın üzvlərinə, bütün ictimai təşkilatlarının rəhbərlərinə müraciətində yanvarın 17- Moskvada keçirilmiş müşavirədən söz açıb. O, martın 6-dək birgə fəaliyyət üçün son mesajını veribMüraciətdə martın 6-da qurultayın keçirilməsi tarixinin  xatırlanması isə Abbas Abbasova verilmiş son şans sayıla bilər.

Söyün Sadıqov bu tarixə qədər gərginliyin dayandırılmasını və AzərRosun keçmiş rəhbərliyi və yeni prezidentin seçilməsinin tərəfdaşları bir masa arxasına əyləşərək, mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparacaqlarına inamını dilə gətirsə də, bunun nəticə verməyəcəyini də dolayısı ilə etiraf edib:

«Hamınız bilirsiniz ki, mən FNK AzərRosa 12 il rəhbərlik etmişəm və bu müddət ərzində biz daima qarşılaşdığımız anlaşılmazlıqların və çətinliklərin öhdəsindən gəlmişik. Bizim təşkilatımızda daima demokratiya abuhavası mövcud olub. Siz, əziz həmvətənlərim öz fikirlərinizi azad ifadə etmək hüququna malik olmusunuz. Lakin son iki il ərzində bu ali işin davam etdirilməsi əvəzinə, AzərRos rəhbərliyi ən fəal etirazçılara qarşı onların sahibkarlıq fəaliyyətlərinin hüquq-mühafizə orqanları tərəfindən yoxlanılması məqsədi ilə polisə ərizələr veriblər. Bu gün AzərRosun internet səhifəsinə nəzər salanda görürük ki, 2000-ci ildə Rusiya azərbaycanlılarının mədəni həyatını, tarixini, adət və ənənələrini işıqlandırmaq məqsədi ilə yaradılmış internet mənbəsi (http://fnkaa.ru) artıq AzərRosun işinə qarşı çıxan fəallar barədə qərəzli və kirli məqalələrin yayımlanması məqsədi ilə istifadə olunur. Bu yaxınlarda hətta Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu və onun müavini Qüdsi Osmanova qarşı qərəzli məqalələr dərc olunmuşdur. Bu növ nəşrlər nəinki Rusiyadakı azərbaycanlı icmasına, o cümlədən Rusiya ilə Azərbaycan arasındakı siyasi əlaqələrə ciddi xələl yetirir.

Mən bu gün AzərRosda bütün baş verənləri dərin kədər və urək ağrısı ilə izləyirəm, bizlərin bərabər əməyi ilə yaradılmış qurum dağıdılır. Bu vəziyyətdə mən susa bilmərəm. Narazılığın və qarşıdurmanın öhdəsindən gəlmək üçün etdiyim bütün çabalara rəğmən bəzi insanlar öz məkirli məqsədlərini güdməyə davam edir və bizim təşkilatımızı dərindən sarsıtmaq fikrindən əl çəkmir. Azlıq təşkil etmələrinə baxmayaraq, məhz bu şəxslər bizim sıralarımıza ayrı-seçkilik salırlar».

Sonda S.Sadıqov daha sonra Abbaas Abbasovun təsirinə düşənTver və Moskvadakı təşkilatlar, AzərRosun Federal Şurasının bəzi üzvləri tərəfindən 20 fevral tarixində keçiriləcək "müşavirə”nin AzərRosun Nizamnaməsi və Rusiya qanunvericiliyinə zidd olduğunu bildirib:

«Gözlərinizi açın, Sizi hara itələdiklərinə baxın, təxribatlara yol verməyin və Azərbaycan icmasının maraqlarından uzaq olan bir yığın insanın dəvət etdiyi 20 fevral "müşavirə”sində iştirak etməyin».

F.ƏHMƏD


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA