Putinin Qarabağ planı - Rəsmi açıqlama

img

15-02-2015 [21:46]


Rusiya qısa müddətdə Dağlıq Qarabağ münaqişəsini həll etmək barədə düşünür.

Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir Nikitin açıqlama verib.

Onun sözlərinə görə, rəsmi Moskva münaqişənin həll edilməsi üçün son illər səylərini daha da artırıb.

"Mən bilirəm ki, Rusiya prezidenti Vladimir Putin və Dövlət Dumasının sədri Sergey Narışkin hazırda Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılığa gələ bilmələri üçün bir sıra məsələlər üzərində işləyirlər. Dalıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. Ümid edirəm ki, tərəflər münaqişənin həlli yolunu tapacaqlar", - deyə Vladimir Nikitin bildirib.

Rusiya və Azərbaycan arasında möhkəm dostluq əlaqələrinin olduğunu deyən Nikitin növbəti illərdə Azərbaycan və Rusiyanın bir-birlərinə daha da yaxın ölkələr olacağına və rəsmi Bakının yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq barədə düşünəcəyinə ümid etdiyini bildirib. (Ans)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA