14-02-2015 [15:59]
"AzərRos”un fəxri prezidenti Söyün Sadıxov
Rusiya mətbuatında (http://mediafax.ru/?act=show&newsid=23132) təşkilatın
üzvlərinə, Azərbaycanın Rusiyadakı milli-mədəni muxtariyyətlərinin və ictimai
təşkilatlarının rəhbərlərinə müraciət ünvanlayıb.
Mia.az həmin müraciətin aktuallığını nəzərə alaraq, Azərbaycan dilinə
tərcuməsini oxuculara təqdim edir:
"Əziz həmkarlarım
və həmfikirlərim!
Bildiyiniz kimi,
17 yanvar tarixində Moskvada keçirilmiş müşavirənin işində mart ayının 6-dək
fasilə elan edilmişdir. Müşavirənin keçirildiyi gərgin vəziyyət, həmçinin,
Tverskaya vilayəti üzrə milli-mədəni muxtariyyətin nümayəndələrinin və FNK
AzərRosun Federal Şurasının bir neçə üzvünün iclasda iştirak etməməsi
səbəbindən təşkilata yeni prezidentin seçilməsi qeyri mümkün hesab olunmuşdur.
Biz umid edirdik ki, fasilə müddətində gərginlik səngiyəcək və münaqişə
tərəfləri – AzərRosun keçmiş rəhbərliyi və yeni prezidentin seçilməsinin
tərəfdaşları bir masa arxasına əyləşərək, mövcud problemlərin həlli
istiqamətində fikir mübadiləsi aparacaqlar, Rusiya azərbaycanlılarının
konsolidasiyası üçün, hamımıza doğma olan, 2000-ci ildən etibarən
azərbaycanlıların mənafeyi, milli maraqları naminə və Rusiya ilə Azərbaycan
arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün layiqli fəaliyyət göstərən
AzərRosun nüfuzunun qaldırılması məqsədi ilə ortaq güzəştlərə gələ biləcəklər.
17 yanvar
tarixindən sonra mən Sizləri intriqalar və qarşıdurmalardan uzaq olmağa
səslədim, 6 mart tarixində birləşərək yeni müşavirənin ikinci hissəsini
keçirməyi təklif etdim. Hamınız bilirsiniz ki, mən FNK AzərRosa 12 il rəhbərlik
etmişəm və bu müddət ərzində biz daima qarşılaşdığımız anlaşılmazlıqların və
çətinliklərin öhdəsindən gəlmişik. Bizim təşkilatımızda daima demokratiya
abuhavası mövcud olub, Siz, əziz həmvətənlərim öz fikirlərinizi azad ifadə
etmək hüququna malik olmusunuz. Təşkilatımızın nüfuzunu Rusiyada və
hüdudlarından kənarda artırmaq məqsədi ilə bizlər daima əlimizdən gələni
etmişik. Biz kitablar nəşr edirdik, "Azərros” qəzetini və "Salam” gənclər
qəzetini dərc edirdik, musiqi diskləri buraxırdıq, əhəmiyyətli tarixi
hadisələri qeyd edirdik, təqdimatlar keçirdirdik, mədəni tədbirlər, yubileylər,
milli bayramları qeyd edirdik, "Rusiya-Azərbaycan: 10 il əməkdaşlıq”, "KİV-ə nə
sərfəlidir – sülh və ya qan?” "Rusiyaya necə miqrantlar lazımdır?”, "Rusiya
qafqazlıları kimlərə maneə olur?”, "Qarabağ düyünü: münaqişənin həll yollarının
axtarışı” və digər aktual mövzularda Rusiya Dövlət Dumasının deputatları,
dövlət məmurları, milli icmaların, yerli və xarici ekspertlərin iştirakı ilə
konfranslar təşkil edirdik. Bu tədbirlər Rusiya cəmiyyətində milli birliyin və
Rusiyada yaşayan xalqların mədəniyyətinə qarşılıqlı hörmətin möhkəmlənməsi
məqsədini daşıyırdı.
Lakin, son iki il
ərzində bu ali işin davam etdirilməsi əvəzinə biz AzərRosun fəaliyyətinin
keyfiyyət səviyyəsinin aşağı düşdüyünü və ümumiyyətlə heç bir ictimai əhəmiyyət daşımadığını görürük. Zəif
işlə bağlı səslənən fikirlərə qarşı qurumun rəhbərliyi təhqir və hədələrlə
cavab verib, apardıqları laqeyid siyasətə qarşı narazıçılıq bildirənlərin
qurumun ofisinə qirişlərini qadağan edən göstərişlər verirdilər. AzərRos
rəhbərliyi ən fəal etirazçılara qarşı onların sahibkarlıq fəaliyyətlərinin
hüquq-mühafizə orqanları tərəfindən yoxlanılması məqsədi ilə polisə ərizələr
veriblər. Bu gün AzərRosun internet səhifəsinə nəzər salanda görürük ki,
2000-ci ildə Rusiya azərbaycanlılarının mədəni həyatını, tarixini, adət və
ənənələrini işıqlandırmaq məqsədi ilə yaradılmış internet mənbəsi
(http://fnkaa.ru) artıq AzərRosun işinə qarşı çıxan fəallar barədə qərəzli və
kirli məqalələrin yayımlanması məqsədi ilə istifadə olunur. Bu yaxınlarda hətta
Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu və onun müavini Qüdsi Osmanova
qarşı qərəzli məqalələr dərc olunmuşdur. Bu növ nəşrlər nəinki Rusiyadakı
azərbaycanlı icmasına, o cümlədən Rusiya ilə Azərbaycan arasındakı siyasi
əlaqələrə ciddi xələl yetirir.
Mən bu gün AzərRosda
bütün baş verənləri dərin kədər və urək ağrısı ilə izləyirəm, bizlərin bərabər
əməyi ilə yaradılmış qurum dağıdılır. Bu vəziyyətdə mən susa bilmərəm.
Narazılığın və qarşıdurmanın öhdəsindən gəlmək üçün etdiyim bütün çabalara
rəğmən bəzi insanlar öz məkirli məqsədlərini güdməyə davam edir və bizim
təşkilatımızı dərindən sarsıtmaq fikrindən əl çəkmir. Azlıq təşkil etmələrinə
baxmayaraq, məhz bu şəxslər bizim sıralarımıza ayrıseçkilik salırlar. Söhbət
bizim təşkilatı şəxsi miras mülkiyyətinə çevirən və yeganə sahibi kimi istismar
etməyə çalışan keçmiş sədr və "Ağsaqqallar şurası”nın bir neçə üzvündən,
həmçinin AzərRosun keçmiş prezidentindən gedir. Laxlayan mövqelərini dərk
edərək onlar "Böl və hökm sür” prinsipi üzrə hərəkət edirlər. 6 mart
müşavirəsinin keçirilməsi təşəbbüsünü irəli sürənləri dəstəkləmək və iclası
keçirmək əvəzinə, onlar 20 fevralda alternativ "iclas” keçirtmək qərarına
gəliblər. Bu "iclas” növbəti intriqaların yaranmasından və təşkilatın gələcəkdə
parçalanmasından başqa heç bir müsbət nəticə verməyəcəkdir. Biz
azərbaycanlılar, bu oyundan heç nə əldə etməyəcəyik. Burda sadəcə öz şəxsi
mənafeyini güdən və kirli məqsədlərə xidmət edən kəslər qazanacaqdır. Belə
insanların fitnə və fəsadlarına görə biz Rusiya ictimaiyyəti qarşısında öz
simamızı itirə bilərik.
Bütün
səlahiyyətimlə bəyan edirəm ki, bir yığım insan və onların təsiri altına
düşənlər (Tverin və Moskvadakı təşkilatlar, AzərRosun Federal Şurasının bəzi
üzvləri) tərəfindən 20 fevral tarixində keçiriləcək "müşavirə” AzərRosun
Nizamnaməsi və Rusiya qanunvericiliyinə ziddir. Siz xatırlıyırsınız necə bu
insanlar Rusiyanın FTX-nin, DİN-in və RF Prezidenti Administrasiyasının
nümayəndələrini aldadaraq hüquq-mühafizə orqanlarının və güc strukturlarının 17
yanvarda keçirilmiş iclasa "gəlmələrini” təmin etmişrdilər. Onlar hər yerdə
bizim
keçirdiyimiz
müşavirənin qeyri qanuni olduğunu iddia edirlər. Lakin, 200 nəfərdən artıq
insanın iştirakı ilə keçirilən, bunlardan 80-dən çoxunun Rusiyanın 30
regionundan gələn nümayəndələrin olduğu müşavirə hansı əsasla qeyri qanuni
hesab oluna bilər! 17 yanvar tarixindən sonra bu insanlar Moskva və digər
bölgələrdə kütləvi informasiya vasitələrində mənim və təşkilati komitənin
üzvləri barədə yalan xəbərlər yaymağa başladılar. Mən tərəfdən bu hücumlara
qarşı cavab addımlar atılmayıb və atılmayacaq. Təşkilat nəzdindəki böhranı
dərinləşdirməmək məqsədi ilə mən bu şəxslərlə qarşıdurmaya girməyəcəm və
informasiya müharibəsini alovlandırmayacam. Lakin mən, üz-üzə görüşərək onların
mənə ünvanladıqları suallara və etirazlara cavab verməyə hazıram və bunun üçün
onları 6 martda keçiriləcək növbəti müşavirəyə dəvət edirəm. Qoyun gəlsinlər,
Sizlər qarşısında çıxış etsinlər, əlbətə əgər buna vicdanları və cəsarətləri
çatacaqsa.
Əziz həmkarlarım,
Azərbaycanın və Rusiyanın vətənpərvərləri, mən bir daha Sizə müraciət edirəm:
gözlərinizi açın, Sizi hara itələdiklərinə baxın, təxribatlara yol verməyin və
Azərbaycan icmasının maraqlarından uzaq olan bir yığın insanın dəvət etdiyi 20
fevral "müşavirə”sində iştirak etməyin. Bu gün biz heç bir zaman olmadığı kimi
birləşməliyik, emosiyaları kənara qoyub 6 mart tarixinə nəzərdə tutulan
müşavirəmizi ən yüksək səviyyədə keçirtməliyik. Öz fəaliyyətimizlə bizi əvəz
edəcək gələcək nəsillərə qarşılıqlı hörmət və çətinliklərin öhdəsindən gəlmək qabiliyyətini
nümunə göstərməliyik. Öz namizədlərinizi təklif edin. Biz AzərRosun
rəhbərliyində Azərbaycan və Rusiyanın həqiqi vətənpərvərləri olan və gələcək
nəsillərin mənafeyi uğrunda çalışacaq yeni liderləri görmək istəyirik. Biz
muxtariyyatın layiqli rəhbərini seçərək, intriqalara son nöqtəni qoyacağıq! Biz
böhranın öhdəsindən gələrək, anlaşma yolu ilə AzərRosun dağılmasının qarşısını
almalıyıq! Bizim qüvvəmiz – bizim birliyimizdədir!".
Mia.az
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov